Niyə 8 saatlıq yuxu rejimi yaranıb?


8 saatlıq yuxu rejiminə müasir yenilik demək olar. Təsəvvür edin ki, siz XVIII əsrdə yaşayırsınız.

niye-8-saatliq-yuxu-rejimi-yaranib
15.03.2019 20:53 3 dəq oxuma

Ən geci, saat 19.30 – 20.00 olarkən gecə paltarlarınızı geyib, şamları söndürüb yatağa girib yatırsız. Müəyyən müddətdən sonra, gecə saat 2-3 radələrində oyanırsınız. Bayır paltarınızı geyib qonşuya qonaq gedirsiniz. Qonşular da sizin kimi oyanıblar. Bəziləri dua edir, bəziləri kitab oxuyur, bəziləri oturub söhbət edirlər. Bu minvalla, bir neçə  saatdan sonra hamı yenidən yatağa girərək yatar və səhər tezdən yenidən oyanıb hərə öz işinin dalınca gedərmişlər.
 
 Elektrikləşdirmə dövrünə qədər hər yerdə insanlar bir gecədə 2 dəfə yatıb dururlarmış. Onlar gecə yarısı oyanıb 1-2 saat var-gəl edər, sonra yenə də yatağa girib səhərəcən yatardılar. Bunu ilk dəfə Virciniya Universitetinin professoru, tarixçi Rocer Ekerç  müəyyənləşdirmişdir. Apardığı araşdırmalara görə, heç də hər zaman insanlar 8 saatlıq yuxu rejiminə əməl etməmişlər. Hətta əvvəllər insanlar uzun qış gecələri zamanı daha çox, yəni 2 dəfəlik yuxu rejiminə əməl edirdilər. Belə ki, əvvəllər insanlar axşamdan gecəyarıyacan yatar, arada 2-3 saatlıq oyanıb. Sonra yenidən, səhərəcən yatarmışlar.


Image result for yatmaq

 
 Bu cür 2 növbəli yuxu rejimi haqqında faktlara keçmiş ədəbiyyat nümunələrində, məhkəmə sənədlərində və bəzi şəxsi yazılarda rast gəlmək mümkündür. Bir çox yazılı tarixi mənbələrdən əldə olunmuş məlumatlara əsasən, müəyyən olunmuşdur ki, keçmişdə dünyanın hər yerində 2 növbəli yuxu rejiminə əməl olunurmuş. Amerikalı mütəxəssis-həkimlərin yazdıqlarına görə, öyrənmək, mütaliə və düşünmək üçün ən münasib vaxt birinci yuxu ilə, ikinci yuxu arasındakı zaman kəsiyidir. Cosef Ceffri “Kentenberi hekayələri” əsərindəki qadın qəhrəmanı haqqında yazırdı ki, “o,  “birinci yuxu”dan sonra bir az istirahət etdikdən sonra həmişə “yatağa girərmiş””. Mütəxəssislər o zamanlar çoxuşaqlılığa elə məhz bunun səbəb olduğunu qeyd edirlər. Tarixi mənbələrə (1500-cü illəri əhatə edən tarixi mənbələr) əsaslanaraq, orta əsrlərdə kişi-qadın əlaqələri, adətən, birinci yuxudan sonra aktivləşirdi.
 
 Zaman keçdikcə, daha dəqiq, elektrikləşdirmə dövrü başlayandan, bir gecə ərzində 2 növbəli yuxu rejimi unudulur. Evlərin və küçələrin işıqlandırılması insanların axşamdan yatağa girməsini 2-3 saat, hətta bir az da çox geriyə atır. Yazıçı Kreyq Koslofski “ Gecə İmperiyası” əsərində yazırdı ki, küçələrin işıqlandırılması cinayətkar ünsürlərin qarşısına bir sipər oldu və gecənin birinci zaman kəsiyi insanların iş vaxtı, çalışma və ünsiyyət zamanı oldu. Beləliklə də, gecə yuxusu 3-5 saat geri çəkilmiş oldu.
 
 Mütəxəssislərin fikrincə,  birdəfəlik 8 saatlıq yuxu ilə, 2 növbəli 4+4 saatlıq yuxu arasında elə də kəskin bir fərq yoxdur.  Müasir insanlar gecəyarı oyanmadan narahatlıq hissi keçirirlər. Bu sadəcə bir instikt olaraq keçmiş əcdadlarımızın 2 növbəli yuxu rejiminə  qayıdışdır. Birdə ki, müasir dövrdə gecənin ilk yarısı işdən sonra istirahət və ünsiyyət vaxtı (hər kəsin öz marağına görə istirahəti) kimi nəzərdə tutulur. Əvvəllər isə bu cür istirahət və ünsiyyət vaxtı 1-ci və 2-ci yuxu arasındakı fasilə zamanı edilirdi, yəni, gecəyarısından sonra 2-3 radələrində.
 
AzEns.AZ