Niyə alış-veriş etmək asılılığı yaranır? - Psixoterapevtin izahı


Alış-veriş qısamüddətli zövq gətirir, lakin...

niye-alis-veris-etmek-asililigi-yaranir
19.11.2025 18:24 1 dəq oxuma

Ailə psixoterapevti Larisa Nikitina alış-veriş asılılığının stress səbəbindən inkişaf etdiyini vurğulayıb.

TurpKimi.com xəbər verir ki, “Pravda.Ru”ya verdiyi açıqlamada o, bunun narahatlığı aradan qaldırmağın müvəqqəti bir yol olduğunu vurğulayıb.

“İnsan müntəzəm olaraq qazandığından daha çox pul xərclədikdə, bu, xüsusən də şəxsi əməyi ilə qazanılmadığı təqdirdə pulun dəyərini hiss etmədiyini göstərir. Alış-veriş qısamüddətli zövq gətirir, lakin tezliklə günahkarlıq və daxili gərginlik hissləri ilə əvəz olunur”,- deyə Nikitina bildirib.

Psixoterapevt qeyd edib ki, bu şəkildə qapalı bir dairə yaranır. Ona görə o, stressin əsas səbəblərini aradan qaldırmağı tövsiyə edib.

Firuzə Alimova / TURPKİMİ.COM