Müasir insanlar artıq söyüşü normal qəbul edirlər...
“Bəzi insanlar emosional azad olmaq üçün öz nitqlərində tez-tez söyüşdən istifadə edirlər”.
TurpKimi.com xəbər verir ki, bu barədə filoloq Qennadi Slışkin “Radio 1”ə deyib. O, müasir nəslin bu tendensiyasını artan stresslə əlaqələndirib.
“Cəmiyyətimiz kifayət qədər çətin vəziyyətdədir. Hamımız yorğunuq, stress keçiririk, çoxlu işlərlə məşğul oluruq və həyatın qeyri-müəyyənliyi artır. Bu vəziyyətdə çoxları bu dildən sadəcə olaraq psixoloji sağlamlıqlarını xilas etmək üçün son vasitə kimi istifadə edir”, - Slışkin izah edib.
O, əvvəllər söyüşlərin ictimaiyyəti şoka saldığını, indi isə bunun yeni bir şey olmadığını açıqlayıb. Müasir insanlar müəyyən dairələrdə söyüşü normal qəbul edirlər, - deyə ekspert qeyd edib.
Firuzə Alimova / TURPKİMİ.COM