Niyə bəzi kişilər özlərinə həyat yoldaşı tapa bilmir? - Araşdırma


Kişilər tanışlıq zamanı niyə özlərini itirirlər?

niye-bezi-kisiler-ozlerine-heyat-yoldasi-tapa-bilmir
06.03.2019 18:28 2 dəq oxuma

 

Alimlər niyə bəzi kişilərin həyat yoldaşı tapa bilmədiyini açıqlayıb.

TurpKimi.com xəbər verir ki, bu haqda “Personality and İndividual Differences” jurnalında yayımlanıb. Yazıda bəzi kişilərin xarakterlərindəki qüsurlardan deyil, təkamül səbəblərindən dolayı görüş zamanı özlərini narahat hiss etdiyini və həyat yoldaşı tapmaqda çətinlik çəkdiklərini bildirib:

“Hər iki kişidən biri şəxsi həyat və nəslini davam etdirməkdə çətinlik çəkir. Onların əksəriyyəti bunu xarakterlərində problemin olduğunu düşünürlər. Sadəcə təkamül tərəfindən hazırda yerləşdiyimiz fərqli bir mühitə adaptasiya edildik” – araşdırmada bildirilir.

Elm adamları 2 min tələbə arasında anket sorğusu keçirib. Tələbələrdən qarşı cinslə görüşün onlar üçün necə asan, necə əhəmiyyətli olduğu, qarşı cinslə münasibətdə nə kimi problemlər yaşadıqları soruşulub. Araşdırmada iştirak edən hər iki nəfərdən biri ilk görüşdə və ya mövcud olan münasibətləri davam etdirməkdə çətinliklər yaşadıqlarını söyləyib. Hətta onların 20 faizi hər iki halda problem yaşadıqlarını bildirib. Üstəlik bu həm kişi, həm də qadın tələbələr üçün bərabərlik təşkil edib.

Bu araşdırmalardan nəticəyə gələn alimlər bildirib ki, qarşı cinslə əlaqə qurmaqda yaşanan çətinliklərin səbəbi cəlbedici olmayan görünüş, cinsi orqanlarla bağlı problemlər və ya pis xasiyyət deyil, dərin təkamül və sosial problemlərdir:

“Əvvəllər gəlin və ya bəyi ana-atalar seçirdi. Amma bu vəziyyət indi dəyişib və yeni şərtlərə uyğunlaşmaq üçün vaxtımız yoxdur. Keçmişdə daxilə qapanmaq insanlar üçün problem deyildi, çünki münasib həyat yoldaşı tapmaq problemi başqaları tərəfindən həll edilirdi”.

Firuzə Alimova / TurpKİmi.com