Analar, uşaqların həyata olan güvəni SİZİNLƏ başlayır.
Anadolu pedaqoqikasında 4 yaşına kimi uşağın anadan uzaqlaşdırılmaması deyilir. Belə ki ilk 24 ay ərzində uşağın heç bir şəkildə anadan uzaq qalmaması lazımdır. 24 ay ərzində uşaqda anaya qarşı güvən hissi yaranıbsa, 24-cü aydan 48-ci aya qədər keçən müddətdə yavaş-yavaş uşaq anadan ayrılmağa başlayacaq.
24 ay ərzində uşaqda güvən hissi formalaşıbsa, artıq anasından ayrı evin digər otaqlarına rahatlıqla gedə biləcək. Ana mətbəxdə iş görərkən uşaq evdə oyun oynayacaq və ya kapını açıq qoymaq şərtiylə ana yan tərəfdəki qonşuya gedib gələ biləcək. Güvən hissi oturuşmuş uşaq bu müddət ərzində heç vaxt təlaşlanmaz. Lakin bu gün tətbiq edilən yalnış şeylərə görə, uşağı anadan ayırmağa çalışırlar. Bunu etməklə düşünürlər ki, 4 yaşına kimi uşaq anadan ayrılarsa, anaya bağlılığı azalacaq. Halbuki həmin düşüncə və əməl tərsinə işləməkdədir. Anadan uzaqlaşdırılan uşaq, düşünülənlərin əksinə anaya daha da bağlı olur, ondan ayrı evin başqa otağına getməz. Amma uşaq 4 il ərzində anadan doyubsa, güvən içərisində yavaş-yavaş anadan ayrılacaq.
Bu cür böyüdülən uşaq bağça vaxtı gələndə uşaq bağçasına da gedəcək. Bağçada anası ona “mən çölə çıxıb gəlirəm, sən burda oyun oyna” desə, anasına inanacaq, “anam geri qayıtmayacaq” kimi narahatlıq hissinə qapılmayacaq. Bu təşəbbüs əslində uşağın anaya duyduğu güvəndən qaynaqlanır.
Uşaq anaya hiss etdiyi güvəndən dolayı artıq sosial həyata da güvənməyə başlayır.
Əgər 4 yaşına qədər uşaq güvən hissini tam olaraq otuzdura bilməmişsə, güvənsizlik hissi 4 yaşından sonra da davam edər. Anasından güvənsiz bir şəkildə ayrılan uşaq həyatının yerdə qalan hissəsində heç kimə inana bilməyəcək. Çünki həyatın ən vacib tələbi olan güvən hissini itirmişdir. Bu yoxsulluğun nəticəsində uşaq davamlı olaraq özünü müdafiə etmək və zəmanət altına almaq məcburiyyətində qalacaq, özünü sosial həyatın içərisinə buraxa bilməyəcək.
Ona görə də həmin şəxs evləndiyi zaman həyat yoldaşına, işdə müdirinə, müdir olduğu zaman işçisinə inanmaqda çətinlik çəkəcəkdir. Bu cür insanların həyatı etibarsızlıq üzərində cərəyan edəcəkdir. İstifadə edəcəkləri ən çox ifadə isə “atana da güvənməyəcəksən” sözləri olur.
Qərb cəmiyyətinə baxdığımızda bunu rahat şəkildə görə bilirik. Qərbdə kimsə kimsəyə asanlıqla güvənmir. Qadın ərinə, ər arvadına güvənmədiyi üçün evlənməzdən əvvəl aralarında mal-mülk müqaviləsi imzalanır ki, boşandıqdan sonra geri ala bilsinlər.
Bu məqamda Qərb pedaqoqikasının ən böyük yanlışlarından biri uşağı kiçik yaşda anasından ayırmağa çalışmaqdır. Bu gün heç bir mütəxəssis və ya elm adamı 4 yaşına kimi uşağın anaya olan ehtiyacını izah edə bilməz, etməkdə belə çətinlik çəkər. Çünki cəmiyyətdə buna qarşı ciddi təzyiq var. Məsələn, Qərbdə işverən qadına ana gözüylə baxmaz. Qadın orda hamı kimi bir işçidir və işinin sağlam şəkildə icra edilməsindən məsuldur. Heç bir işverən şəxs uşağı olan qadına “sən artıq ana oldun, get uşağına bax, 4 ildə sonra gəlib işləyərsən” deməz. Çünki işdən 4 il ayrı qalan bir qadın yenidən işinə qayıda bilmir. Yəni, iş həyatında cəmiyyət qadını ana olaraq görməkdə və ananı 4 il övladıyla baş-başa qoymaqda çətinlik çəkdiyindən dolayı Qərb pedaqoqikası bu problemi dilinə gətirmir.
Anadolu pedaqoqikası isə bu məsələnin altından xətt çəkərək, “qadın əvvəlcə anadır, mənəvi emrion dövrünü mütləq övladının yanında keçirməlidir” deyir. Bütün bu həqiqətləri yan-yana qoyduğumuz zaman işləyən anaların və uşaqların dramatik görüntüsünü aydın şəkildə görə bilərik. Uşaq kiçik yaşda anası tərəfindən tərk edilməsini ruhunda daşıyaraq istirabdan aqressivləşir, qıcıqlanır. Baxıcının yanında olmaqla yaşadığı yoxsulluq və xəyal qırıqlığı ilə günlərini keçirməkdə, ancaq axşamdan-axşama anasıyla ola bilməkdədir. Və uşaq gün ərzində ehtiyacı olan şeyləri qırıntılar şəklində bir-birinə taxaraq hiss edir.
Sadaladıqlarımıza nəzər yetirdikdə işləyən anaların uşaqlarının aqressiv, qıcıqlanan (kaprizni) və söz eşitməyən olmalarına təəccüblənməmək lazımdır. Bu şəraitdə böyüyən uşaqlarda sadəcə aqressivlik olmaz. Anaya məxsus güvən hissini tamamilə itirən, artıq ananı ümüd olaraq görməyən, anasından məhrum uşaqlarda başqa davranışlar da müşahidə edilir. Bu zaman uşaq sözəbaxan kimi davranır, səssiz və sakit, ərtafa qarşı laqeyiddir. Halbuki uşaq uşaqlığının ən hərəkətli dövründə tullanaraq, hoppanaraq sevinc içərisində ətrafa gülüş saçmalıdır. Lakin belə bir səssizlik və yetkinliyi yaşaması özüylə başqa bir dramatik faciəni gətirir. Uşaq daxili aləmində ananı silmiş, anadan ümüdünü kəsmişsə, artıq içində yalnızlaşmış və səssizləşmiş ola bilər.
Bəs o zaman sadəcə işləyən ana uşağını tərk etmiş olur? Başqa hansı məqamlarda güvən hissi itirilir?
Bu gün analar uşaqları onlara öyrəşməsin deyə qucağına almır, ağlamalarına cavab vermir, ehtiyaclarını qarşılamamaq kimi çox böyük səhv davranışlara yol verirlər. Bununla uşağın duyğu dünyasının həssaslaşmaması yolunu seçmiş olurlar. Bu, Avropa modelində uşağın duyğu dünyasından istifadə etmədən yetişdirmə üsuludur. Halbuki uşağın hər zaman anaya güvənməsi, hər dəfə ehtiyacı olanda onu yanında görəcəyini bilməsi təhlükəsizlik hissini meydana gətirir:
1 – Ana, uşağı ağlayarkən ehtiyacını ödəmək üçün yanına gəlmir və ya gələ bilmirsə, uşaqda güvən böhranı yaranır. Ana uşağın ağlamalarına cavab versə, onun daxilində güvən hissini yaradacaq.
2 – Günümüzdə edilən ən böyük yanlışlardan digəri, uşağın anadan ayrı, başqa bir otaqda yatızdırılmasıdır. Başqa bir otağa aparılaraq təkcə yatmağa vərdiş olması üçün uşağın ağlamalarına cavab verilməsə, daxilində anaya qarşı güvən döhranı yaranacaqdır. Beləliklə, uşağın ən böyük təməl dayağı olan güvən hissi zədələnir. Ona görə də heç bir uşaq kiçik yaşda anasının yanından ayrılaraq başqa bir otaqda yatızdırılmamalıdır.
3 – Daha bir yanlış – analar övladlarını qucaqlarına alıb diqqət və sevgilərini göstərərkən, “uşaq mənə daha çox öyrəşir və bağlanır” deyə düşünürlər. Halbuki sevgiyə doyan uşağın həddən çox sevgiyə ehtiyacı olmaz. Uşaq sevgi və diqqətsiz qalanda anasından sevgiyə olan ehtiyacını almağa çalışır.
4 – Uşağı baxıcıya təslim etmək və ya hərdən nənəyə əmanət edilərək başqa şəhərlərə səyahət etmək, alış-verişə getmək və sair uşaqda güvən hissinin zədələnməsinə səbəb olur. Uşaq 4 yaşına çatmadan anasından uzaq qalıbsa, hissləri zədələnibsə, sonrakı yaşlarında da anası eyni şeyi edəcək deyə, ona qarşı içində şübhə bəslər və ondan ayrılmaz.
Anası başqa bir otağa getsə belə, uşaq qapıda ağlayar. Ana aşağı düşüb zibil atıb qayıtsa belə, uşaq ağlayaraq təlaşlanar. Çünki uşaq bir dəfə anasından xəyanət görüb və yenə yaşanacaq deyə içində narahatlıq hissi var. Bu sanki xanımını aldadan kişinin vəziyyəti kimidir. Bir adam arvadını aldatsa və daha sonra barışsa, kişinin mobil telefonuna gələn hər mesaj qadının ürəyində şübhə oyadacaq. Zədələnmiş güvən hissi heç vaxt əvvəlki kimi ola bilməz. Odur ki anası tərəfindən kiçik yaşda tərk edilmiş bir uşaq da eyni hissləri yaşayır.
Ədəbiyyat: Adem Güneşin “Çocukluk sırrı” kitabı
Firuzə Alimova / TurpKimi.com