Gecələr ən çox nə yemək istəyirsiniz?
“Axşam saatlarında və ya gecə qəlyanaltı yemək istəyi bədəndə vacib mikroelementlərin çatışmazlığını göstərə bilər”.
TurpKimi.com xəbər verir ki, bu fikri diyetoloq və nutrioloq Yekaterina Starnovskaya “Radio 1”ə səsləndirib. Onun sözlərinə görə, bədən gün ərzində əlavə qida qəbul etmədikdə və disbalans yarandıqda, gecə nəsə yemək üçün qarşısıalınmaz bir istək yaranacaq.
“Axşam və ya gecə kolbasa ilə sendviç istədiyinizi hiss edirsinizsə, bu, gün ərzində bədəniniz bir şey qəbul etmədiyini göstərir. Ola bilsin bu işinizlə məşğul olduğunuz və ya yemək yeməyi unutduğunuz üçün baş verə bilər. Ancaq bədənin qidaya ehtiyacı var. Ona görə də, əliniz orqanizmin istədiyi şeyə doğru uzanır, məsələn, kolbasa - bu o deməkdir ki, zülalın səviyyəsi aşağıdır, yəni ət və dəniz məhsulları yemək lazımdır”, - dietoloq izah edib.
Dietoloq onu da əlavə edib ki, gecələr şirniyyata can atırsınızsa, bu, orqanizmdə təkcə şirniyyata ehtiyacın olması demək deyil, həm də zülal çatışmazlığından xəbər verir.
Firuzə Alimova / TurpKimi.com