Niyə hıçqırırıq? - Hıçqırığı kəsmək üçün bunları edin


Hıçqırıq qəfldən başlayır və çox vaxt ciddi bir xəstəlik sayılmır. Ancaq uzun müddət davam edərsə insanı  narahat edən sağlamlıq probleminə çevrilə bilir.

niye-hicqiririq
09.01.2022 23:32 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, bəzi hıçqırıqlar müvvəqqəti, bəziləri uzun müddət davam edə bilər. 

Əgər hıçqırıq 48 saatı keçərsə, qırtlaq xəstəlikləri, ağciyər və beyin şişi ilə ürək pərdəsində infeksiya meydana gəlməsi, beyin damarlarında tıxanma kimi ciddi xəstəliklərdən şübhələnmək olar.  

Burun-boğaz xəstəlikləri üzrə türkiyəli mütəxəssis Mustafa Asım Şafak qeyd edir ki,  hıçqırıq tənəffüs əzələlərindən diafraqmanın və bəzən qabırğalar arasındakı əzələlərin ritmik sıxılmalarıyla meydana gəlir. 

"Ani və sürətli nəfəs alma hərəkəti səs tellərinin bağlanmasıyla kəsilir. Bu anda yaranan "hıç"  səsinə görə  hıçqırıq adlandırırlar. Təxminən dəqiqədə 4-60 dəfə təkrarlayaraq davam edə bilər. Hıçqırıq tipləri müddətlərinə görə təsnif edilir: 48 saatdan az davam edərsə- keçici,  2-30 gün davam edənlər - inadçı və 1 aydan uzun müddət davam edənlər - dözülməz hıçqırıq adlandırılır".

Hıçqırığın, ümumiyyətlə mədə bağırsaq sistemi və mərkəzi sinir sistemində yaranan  narahatlıqlar nəticəsində yarandığını dilə gətirən mütəxəssis keçici  hıçqırıqların uşaqlarda görüldüyünü və öz-özünə düzəldiyini dilə gətirib.  Yemək yemə, yuxu və ictimailəşməni əhəmiyyətli dərəcədə çətinləşdirir. Keçməyən hıçqırıq mərkəzi sinir sistemi xəstəliklərində meydana gələ bilər. Hıçqırığı tətikləyən səbəblər reflü xəstəliyi, mədənin həddindən artıq yemək və ya qazlı içkilərlə gərilməsi, həddindən artıq istiotlu bəslənmə, spirtli içkinin çox qəbul edilməsi,  ağciyərlərin siqaret və ya narahat edici qoxularla gərilməsi,  həddindən artıq coşğu və ya kədərlənmə ola bilər. 

Fərqli xəstəliklərin xəbərçisi ola bilər

Hıçqırıq uzun müddət davam edərsə ağla gələn tək şikayət beyin xəstəlikləri olmamalıdır.  Reflü xəstəliyi və mədədə yırtıq,  koroner arteriya xəstəliyi, perikardit və aorta anevrizması kimi ürək xəstəlikləri araşdırılmalıdır. Burun, qırtlaq xəstəlikləri araşdırılmalı, xarici qulaq yolunda xarici cisimlər də düşünülməlidir. Bundan əlavə  elektrolit tarazlığın pozulması, hiperqlisemiya, zəhərlənmə və ya bəzi dərmanların yan təsirlərində də hıçqırıq müşahidə edilə bilər. Anidən baş verən psixoloji sarsıntılar da hıçqırığa səbəb ola bilər. 

Buruna sirkə çəkmək, limon və ya amonyak kimi kəskin  qoxulu bir maddəni iyləmək, sürətli nəfəs alıb vermək, dərin bir nəfəs alıb nəfəsimizi tutmaq, boğazda öyümə refleksini xəbərdar etmək üçün kiçik bir qaşıqla dilin arxasına  toxunmaq, buz udmaq və ya buzlu su içmək, üzü soyuq su ilə  yumaq və ya üzə soyuq kompres tətbiq etmək hıçqırıq zamanı tətbiq oluna bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

13-07-2020