Niyə hirslənəndə yüksək səslə danışırıq?


Hirsləndiyimiz insan yanımızdaykən niyə qışqırırıq?

niye-hirslenende-yuksek-sesle-danisiriq
03.01.2021 13:44 2 dəq oxuma

Yaşlı bir adam şagirdləri ilə gəzərkən çayın kənarında bir-birinə hirslə bağıran bir ailə görür. Şagirdlərinə dönüb: “niyə insanlar bir-birilərinə qəzəblə bağırırlar?” - deyə soruşur. Şagirdlərdən biri “çünki sakitliyimizi itiririk”, - deyəndə yaşlı adam: “amma hirsləndiyimiz insan yanımızdaykən niyə qışqırırıq? O insana demək istədiklərimizi daha alçaq səs tonuyla deyə biləcəyimiz halda, niyə o qədər yüksək səslə söyləyirik” - deyə yenə soruşur. Yaşlı adam şagirdlərdən səs çıxmadığını görüb danışmağa başlayır:

“İki insan bir-birinə hirsləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşır. Bu uzaq məsafədən səslərini bir-birilərinin qəlblərinə eşitdirə bilmək üçün qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox hirslənirlərsə, açılan məsafəni bağlaya bilmək üçün o qədər çox bağırırlar”.

Bəs iki insan bir-birini sevərkən necə olur? Bir-birilərinə qışqırmaq əvəzinə sakitcə danışarlar, çünki qəlbləri bir-birinə yaxındır, arada məsafə ya yoxdur, ya da çox azdır. Bəs iki insan bir-birini daha çox sevərsə necə olur? Artıq danışmazlar, sadəcə fısıldaşarlar, çünki qəlbləri bir-birilərinə daha da yaxındır. Bir müddətdən sonra danışmalarına belə ehtiyac qalmaz, sadəcə bir-birilərinə baxmaqları kifayət edər. Bəli, bir-birilərini gerçək mənada sevən iki insanın yaxınlığı belə olur.

Ona görə də mübahisə edərkən qəlblərinizin arasına məsafə girməsinə izin verməyin. Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun. Əks halda məsafənin artdığı elə bir gün gələr ki, geriyə qayıtdıqda bir-birinizə yaxınlaşacaq yolu tapa bilmərsiniz.

MƏNBƏ: Hakan Mengüç – “Ben ney`im” kitabından…

Firuzə Alimova / TurpKimi.com