Südlü çayın faydaları və zərərləri...
Südlü çay Böyük Britaniyada çox yayılmış bir içki növüdür. Bu içki insanı canlandırır və enerji verir. Bu içkini həzm etmək və hazırlamaq çox asandır.
TurpKimi.com UNİAN-a istinadla südlü çayın faydalarını və nə üçün İngiltərənin simvoluna çevrildiyini aydınlaşdırıb.
İngiltərədə bu içki hər gün və çoxlu miqdarda içilir. Hətta bəzi kiçik ingilis kafelərində ofisiantlar heç soruşmadan sizin südünüzə çay qatacaqlar.
Bu ənənə haradan gəlib? İngilislərin südlə çay içməsinin iki versiyası var: romantik və realist.
Romantik versiyada deyilir ki, ingilis zadəganları qaynar su ilə doldurulmuş zərif çini fincanlarda çay içirmişlər.Buna görə də, çaya süd qatmaqla çini qabı çatlamaqdan və qaralmaqdan qoruduqları iddia edilir. Lakin bu versiya inandırıcı deyil, çünki çinlilərin özləri min illərdir ki, çini qablardan çay içirlər və bu qablar onlarda çatlamır.
Real versiya ingilislərin südlə çay içməsinin başqa bir səbəbini göstərir. Məsələ burasındadır ki, çay Britaniyaya ilk dəfə gətirilməyə başlayanda o, adaya dəniz yolu ilə gəlib və hermetik şəkildə bağlanmayıb. Uzun səfər zamanı çay rütubətlənmiş və keyfiyyəti aşağı düşmüş olurdu. İngiltərədə su da keyfiyyətsiz idi.
Ona görə də, içkini heç olmasa dadlı etmək üçün onu südlı dadlandırırdılar. Süd ləzzət artırıcı kimi istifadə olunurdu. Həqiqətən də, bir çox insanlar südün əlavə edildiyi qəhvə və kakaonun dadının daha yaxşı olması ilə razılaşacaqlar. Yəqin ki, bu içkinin dadı ingilislər tərəfindən o qədər sevilib ki, bu gün də İngiltərədə südlü çay içilir.
Südlü çayın faydaları və zərərləri
Bu içkini sevənləri təkcə südlü çayın dadı cəlb etmir, orqanizm üçün faydaları da vardır. Südlü çayda çoxlu miqdarda faydalı maddələr var. Bunlar fosfor, maqnezium, kalium, dəmir, C, PP, B qrupu vitaminləri. Bu içki asanlıqla həzm olunur və aclıq hissini yox edir. Yüngül sidikqovucu təsirə malikdir və şişkinliyi aradan qaldırmağa kömək edir.
Südlü çayın faydalı olmasının başqa bir səbəbi də südün tərkibindəki kalsiumun sümüklərə və qan damarlarına xeyridir. Həmçinin, bu içki zəhərlənmədən və soyuqdəymədən sonra, orqanizm bərk qidaları həzm etməkdən imtina etdikdə bədənin gücünü bərpa etməkdə gözəl vasitədir.
Südlü çay ilk növbədə laktoza dözümsüzlüyü olan insanlar üçün zərərlidir. Həmçinin sidikqovucu xüsusiyyətinə görə bu içkini uzun səfərlərdən əvvəl içmək məsləhət görülmür. Tez-tez mədə yanmasından əziyyət çəkirsinizsə, bundan qaçınmalısınız.
İngilislərin içdiyi südlü çayı hazırlamaq çox asandır. İsti çayı bir neçə qaşıq soyuq südlə qarışdırın, sonra dadmaq üçün şəkər əlavə edin.
Yazılıb: 23 oktyabr 2023-cü il
Firuzə Alimova / TurpKimi.com