Niyə insanlar həmişə çimərlikdə yemək istəyir?


Bunun əsaslı izahı var imiş...

niye-insanlar-hemise-cimerlikde-yemek-isteyir
04.09.2024 16:59 1 dəq oxuma

Bir çox insanlar qeyd edirlər ki, çimərlikdə olarkən onlar həmişəkindən daha çox yemək istəyirlər. Bu hadisənin tamamilə elmi izahı var.

TurpKimi.com bildirir ki, “NY Nutrition Group”un baş direktoru Liza Moskoviç “The Washington Post”a verdiyi açıqlamasında çimərlikdə böyük aclığın olduğunu və bunun müxtəlif mənbələrdən, həm bioloji, həm də emosional olaraq yarandığını izah edib.

"Düşünürəm ki, biz çimərliyə getməyin nə qədər zəhmət tələb etdiyini düzgün qiymətləndirmirik. Planlaşdırma, stul daşımaq, qumda gəzmək, ya da oturub dincəlmək... Bəzən həqiqətən dəsmalın üstünə oturmazdan əvvəl iki saat fiziki fəaliyyətlə məşğul olursunuz”, - Moskoviç izah edib.

Bundan əlavə, insanların adətən çimərlikdə etdikləri bütün fəaliyyətlər - üzmək, voleybol oynamaq, balıqqulağı toplamaq, bütün bunlar iştahı artırır.

Aclığın digər səbəbkarı susuzluqdur, hansı ki çimərlikdə susamaq olduqca asandır. Diyetoloq qeyd edib ki, insanlar bəzən susuzluğu aclıq əlamətləri ilə səhv sala bilirlər, ona görə də, bəzən suya ehtiyac duyduqları zaman yeməyə əl atırlar.

Firuzə Alimova / TURPKİMİ.COM