Nələrə yol aça bilər?
“Çox tez arıqlamaq orqanizm üçün mənfi nəticələrə səbəb ola bilər”.
TurpKimi.com bildirir ki, bu barədə endokrinoloq Zuxra Pavlova “Rossiyskaya qazeta”ya deyib. Onun sözlərinə görə, bu zaman əzələ zəifliyi və metabolik pozğunluqlar baş verə bilər.
Mütəxəssisin fikrincə, bir ay ərzində 10 kiloqram arıqlamağı qarşınıza məqsəd qoymamalısınız, bu, yalnız həddindən artıq çəki olduqda və həkim nəzarəti altında olarsa icazə verilir. Üç-altı ay ərzində ilk çəkinizin beş-on faizini itirmək optimaldır.
Pavlova bədənin daha sürətli kilo verməsi ilə aldığı kalorilərin kəskin azalmasının metabolik pozğunluqlara, dəridə qırışlara, əzələ zəifliyinə, qadınlarda menstruasiya pozulmalarına, həmçinin psixi pozğunluqlara səbəb ola biləcəyini bildirib.
“Sağlamlığa zərər vermədən artıq çəkilərdən qurtulmaq üçün həyat tərzinizi dəyişdirməlisiniz: daha çox hərəkət edin və düzgün qidalanın. Yeməkdən imtina etməməlisiniz, əksinə, daha tez-tez yemək lazımdır, ancaq az-az. Gündə 1-2 dəfə yemək yeyən, tez oyanan və gec yatanlarda piylənmə riski artır”, - həkim vurğulayıb.
Firuzə Alimova / TURPKİMİ.COM