Niyə uşaqlarımız gec danışır? - Pediatr Aytən İsmayılzadə açıqlayır


Həm də gec yeriyir...

niye-usaqlarimiz-gec-danisir
24.04.2024 11:12 2 dəq oxuma

"Hansısa uşağın tez danışmağı, tez yeriməsi onun öyrədilməsindən asılı deyil. Bu sinir hüceyrələrinin üzərində mielin qatının yaranması ilə bağlıdır. Tam inkişaf etmiş psixomotor bacarıqlar bu prosesə borcludur. Bu proses bətndaxilində 14-cü həftədən başlasa da körpəlikdə sürətli şəkildə davam edir və 6 yaşında bitir. Amma bəzən yeniyetmə çağına kimi davam edə bilir. Bu prosesin ləngiməməsi üçün tiroid vəzinin həm hamilədə, həm də körpənin özundə doğru çalışması lazımdır. Çünki sinir sisteminin, beynin hər tərəfli inkişafı tiroid (zob) vəzinin təsiri altında baş verir. Onun da doğru çalışması üçün yod lazımdır".

TurpKimi.com bildirir ki, bu fikirlər tanınmış pediatr Aytən İsmayılzadəyə məxsusdur. Həkim dövrün problemlərindən biri olan uşaqlarda gec dil açmasının səbəbləri ilə bağlı tədris mərkəzində analarla keçirdiyi görüşdə deyib: 

"Yod intellekt elementidir. Təəsüf ki, sularımızı yodlaşdırmaq əvəzinə xlorlayırlar. Xlor isə yoda həssas reseptorları zəbt edir, az-maz yodun da sorulmasına mane olur. Yaxşı olar ki, sinir, psixi inkişaf problemi olan-olmayan hər uşaq yod qəbul etsin. Hər hamilə, hər süd verən ana yod qəbul etsin. Mən Hasan Hüsnü Eren hocanı izləyərkən yarım stəkan suya bir damcı bildiyimiz yoddan damızdırıb içirdim. Sonra isə hörmətli Rəşid müəllimin təqdimatında "iodof_iodo" ilə tanış oldum. Məsləhətdir ki, içdiyimiz suyumuzu özümüz yodlaşdıraq.

Bir damcısında 30 mkq ionlaşmış yod var. Böyüklərin qəbul dozası 150 mkq nəzərə alsaq 5 damcı, hamilələr 300 mkq yəni 10 damcı, uşaqlar 1-2 damcı qəbul edə bilər (su ilə).

Rəşid müəllim demişkən; "biz bundan da ağıllı, dərrakəli ola bilərik, sadəcə yodumuz çatmır"

Bütün psixoloji reabilitasiya mərkəzlərinə gələn uşaqların yod qəbul etməsi isə diaqnozundan asllı olmayaraq çox vacibdir.

Bu, bərpa prosesini də sürətləndirəcək, valideyn də, psixoloq da işin müsbət nəticəsinin tezləşdiyini görəcək".

Yazılıb: 23.05.2023

Firuzə Alimova / TurpKimi.com