Niyə yapon qadınlar üzlərini 10 dəqiqəyə yuyur?


Sağlam, təmiz bir dəriyə sahib olmaq zaman alır. Yaponlar qüsursuz görünmək və dəri problemlərindən xilas olmaq üçün öz üsullarını formalaşdırıblar. 

niye-yapon-qadinlar-uzlerini-10-deqiqeye-yuyur
08.04.2023 21:14 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, bir çox Asiyalı kimi yapon qadınlar da üzünü təmizləmək üçün 4-2-4 üsulundan istifadə edir. 4-2-4 üsulu zamana görə mərhələlərə ayrılan xüsusi bir sistemdir.

İlk 4 dəqiqə: Yağ masajı 

Yağ masajının məqsədi dərini 4 dəqiqə ərzində hərəkətləndirərək dövranı yaxşılaşdırmaqdır. Bu üst təbəqəni yumşaldır və tıxanmış məsamələrin boşalmasına kömək edir.

Jojoba yağını dərinizə masaj edərək tətbiq edin. Bu yağ sızanaq problemini azaltmaqda sizə kömək edə bilər. Matlığı aradan qaldırmağa və toksinləri çölə atmağa kömək edən Hind yağından da istifadə edə bilərsiniz.

İkinci 2 dəqiqə: Krem təmizləmə mərhələsi 

Üzünüzə masaj etdikdən sonra yağın üstünə bir az təmizləyici çəkin. Mütəxəssislər  dərini çox  qurutmadığı üçün köpük və ya gel əvəzinə krem təmizləyicilərinə üstünlük verməyi məsləhət görürlər. 

Üçüncü 4 dəqiqə: Durulama mərhələsi 

Üzünüzü əvvəlcə 2 dəqiqə ilıq su ilə yuyun, sonra 2 dəqiqə soyuq su ilə yuyun. İlıq su dərinizdəki çox yağı təmizləməyə və səthdəki qan dövranını artırmağa kömək edəcək.

Üzünüzü soyuq su ilə yumaq məsamələri möhkəmlədəcək. Bu üsul dərinin nəmlənməsinə kömək edir.  Beləcə bu əməliyyatlardan sonra üzünüz parlaq görünür.
 

Vüsalə Əlövsətqızı, TurpKimi.com