Uşaqlarda sarılığı yaradan səbəblər...
Bir çox uşaqlarda rast gəlinən sarılıq xəstəliyi bəzən məsum kimi görünsə də pis nəticələrə gətirib çıxarır.
TurpKimi.com bildirir ki, sarılıq bilirubin adlandırılan və dəriyə sarı rəng verən maddənin körpənin qanında artması və dəridə yığılıb qalması ilə yaranmış vəziyyətdir. Körpənin dünyaya gəlməsinin ilk 28 günündə tez-tez rast gəlinən sarılıq, adətən qalıcı olmur. Körpənin qara ciyərində nisbətən çatışmazlıq yarandığı üçün bədəndən xaric olmayan bilirubin qan və toxumalarda yığılıb qalır, dəridə sarı təbəqə yaradır. Bu hal fizioloji xarakter daşıyır və 1-2 ərzində keçib gedir.
NİYƏ YENİ DOĞULAN UŞAQLARDA SARILIQ YARANAR?
Sarılıq yeni doğulan hər körpədə rast gəlinirmi?
Bu sualla bağlı ortaya qoyulan statistika göstərir ki, normal doğulan uşaqların 65 faizində,vaxtından tez doğulan uşaqların isə 85 faizində sarılıq müşahidə edilir. Lakin bəzi körpələrdə təsiri az olduğu halda, bəzilərində ağırlaşmalar olur. Xüsusilə də vaxtından tez doğulan uşaqlarda sarılıq daha aydın nəzərə çarpır. Ümumiyyətlə, fizioloji və patoloji cəhətdən 2 qrupa ayrılan sarılıq, patoloji olduqda təhlükəli ola bilər.
Patoloji sarılıq niyə təhlükəlidir?
Qan uyğunsuzluğu, qan xəstəlikləri, tiroid və bağırsaq xəstəlikləri kimi problemlər olduqda ortaya çıxan sarılığın növü patolojidir. Bilirubinin səviyyəsi çox yüksək olur və yalnız işıq terapiyası, qanın dəyişdirilməsi və ya dərmanla müalicə edilir. Müalicə edilmədikdə ciddi problemlər yaradır.
ANA SÜDÜ SARILIĞI ADLANDIRILAN SARILIQ NƏDİR?
Fizioloji sarılıqda təsnif edilən sarılıq növüdür. Ana körpəsini kifayət qədər əmizdirə bilməyəndə və bundan dolayı bağırsaq keçidi azalır, bilirubinin xarıcə atıla bilmədiyi zaman meydana gəlir. Fizioloji sarılıqla müqayisədə bir az uzun çəksə də, heç bir vaxt patoloji səviyyəyə çatmaz. Ana südü sayəsində sarılıq olan körpələr sağlamdır.
KÖRPƏLƏRDƏ SARILIQ NƏ VAXT KEÇƏR?
Yeni doğulan körpələrdə rast gəlinən sarılığın nə vaxta qədər davam edəcəyi sarılığın növündən və oryata çıxma səbəblərindən asılıdır. Əgər körpədə meydana gələn sarılıq fiziolojidirsə, adətən 1-2 həftə davam edir. Digər xəstəliklərin səbəb olduğu patoloji sarılıq isə bir qədər uzun çəkir və orqanizmin normal inkişafına zərər verir. Bu zaman ən vacib məqam körpənin həkim nəzarəti altında müalicə edilməsidir. Sarılığın sağalması müalicəni gedişatına görə dəyişir.
UŞAQLARDA SARILIĞIN GÖSTƏRİCİLƏRİ?
Nə vaxt həkimə müraciət edilməlidir?
- Körpə dünyaya gələndən ilk 24 saat ərzində sarılığın göstəriciləri başlamışsa;
- Bədəndə müşahidə edilən sarı təbəqə get-gedə artıq və tündləşirsə;
- Körpənin hərarəti 37,5-i keçibsə;
- Körpə çox halsız və xəstə görünürsə;
- Yuxudan oyanmaq istəmirsə, mütləq həkimə göstərilməlidir.
SARILIQ NECƏ MÜALİCƏ EDİLİR?
Fizioloji sarılıq öz-özünə ötüb keçdiyi üçün hər hansı müalicə tətbiq edilmir. Patoloji sarılığın müalicəsi isə səbəbə görə müalicə edilir. Bu məqamda ən qorxulu hal artan bilirubinin beynə və sinirlərə zərər verməsidir. Bunun qarşısını almaq üçün işıq müalicəsi adlandırılan fototerapiya tətbiq olunur. Bu kifayət etmədikdə və xəstəlik artıqda qanın dəyişdirilməsinə başlanılır. Qanın dəyişdirilməsinə qərar verildikdə, körpənin neçə günlük və hansı çəkidə olması nəzərə alınır.
SARILIQ MÜALİCƏ EDİLMƏDİKDƏ NƏ BAŞ VERİR?
Körpəsi sarılıq olan bir çox valideynlər ətrafda eşitdikləri yalnış metodlara əl atır. Lakin bunlar uşağın səhhətini yaxşılaşdırmaq əzəvinə, müalicənin gecikdirilməsiylə orqanizmə zərər verir. Bu zaman aşağıda sadaladıqlarımızı etməkdən yan qaçmalısınız:
- Körpə əmizdirilməməlidir;
- Körpənin üstünsə sarı örtük örtmək;
- Şəkərli su vermək;
- İşığın altında yatızdırmaq;
Bütün bunların əksinə, körpənizi bol-bol əmizdirin. Sarılığın müalicəsində ana südü çox mühüm əhəmiyyət daşıyır. Çünki uşaq çox əmdikcə bağırsaqları daha çox işləməyə başlayır. Bu da bilirubin piqmentini nəcisiylə birlikdə bədəndən xaric etməsini asanlaşdırır.
Firuzə Alimova / TurpKimi.com