Təhsil naziri növbəti tədris ili üçün tətil günləri haqda əmr imzalayıb.
Azərbaycanda 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində tətil günlərinin sayı məlum olub.
Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq.
TurpKimi.com