Növbəti üç gün üçün leysan xəbərdarlığı


Leysan və külək...

novbeti-uc-gun-ucun-leysan-xeberdarligi
06.12.2024 23:00 1 dəq oxuma

Bu gün axşamdan dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Azərbaycanın bəzi rayonlarında dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq elan edib.

Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlıq edilib.

Qeyd olunub ki, bu rayonlarda fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

TurpKimi.com