Noxud və quru lobyanı su ilə bişirənlərin nəzərinə! - Bu səhvi etməyin


Necə bişirək ki, köp yaranmasın...

noxud-ve-quru-lobyani-su-ile-bisirenlerin-nezerine
13.06.2022 11:29 2 dəq oxuma

Zəngin protein və mineral tərkibi ilə qış fəslinin ən gözəl nemətlərindən olan quru lobya, noxud, mərcimək kimi paxlalıları bişirmək zəhmət tələb edir. Lakin bu faydalı paxlalıları həm də elə bişirmək lazımdır ki, faydalılığı da itməsin.

1 – Bu kimi paxlalıları hazırlayarkən rast gəlinən ən böyük probemlərdən biri tez bişməməsidir. Aldığınız paxlalılardan hər hansı birini dərhal suya atıb bişirməyə çalışsanız, böyük səhv etmiş olacarsınız. Çünki bişirməzdən əvvəl 6 saat suda saxlamaq lazımdır. Beləcə suda qalaraq yumşalır və daha tez bişir.

2 – Paxlalılarla əlaqədar ikinci ən böyük problem həzm sistemini yorması və köp yaratmasıdır. Həmin problemlərlə rastlaşmamaq üçün yuxarıda qeyd etdiyimiz kimi onları əvvəlcədən suda islatmaq lazımdır. Suda yumşaldıqca onların üzərindəki qabıqları dənəsindən ayrılmağa başlayır. Əlinizlə asta-asta ovxalasanız qabıqları çıxacaq. Bir neçə dəfə də yuyub suyunu süzdükdən sonra orqanizmdə köp yaratmayacaq bir yemək hazırlaya biləcəksiniz. Bu həmçinin həzm sistemində yaranan problemin də qarşısını alır.

3 – Paxlalıları suda saxlamadan tez bişirmək istəyənlərin digər bir üsulu bişirməzdən əvvəl əzməkdir. Bu zaman paxlalılar qabıqları ilə birlikdə əzilmiş olur. Bu da orqanizmdə köpün yaranmasına səbəb olur. Əzilmiş formada üzərinə su tökdükdə isə faydalılığı itmiş olur. Bir sözlə, suda saxlamaq yerinə əzməyi seçsəniz, ya faydalı tərkibi itəcək, ya da köp verəcək.

4 – Deyilənlərə görə, paxlalıların tez bişməsi üçün sodadan istifadə edildikdə tez yumşalır. İstər suda saxlayarkən, istərsə də bişirərkən soda əlavə etsəniz, qidanın faydalı xüsusiyyəti itəcək. Odur ki, suda saxlayın və az istilikdə uzun müddət bişməsinə nəzarət edin.

5 – Bundan başqa, paxlalıların bişmə müddətini azaltmaq istəyirsinizsə, duzunu yemək bişdikdən sonra, ən axırda əlavə edin.

Yazılıb: 06.12.2021-ci ildə

Firuzə Alimova / TurpKimi.com