Noyabrda 4 gün ardıcıl iş olmayacaq - QƏRAR


Baş nazir Əli Əsədov qərar imzalayıb...

noyabrda-4-gun-ardicil-is-olmayacaq
18.10.2022 19:25 1 dəq oxuma

Azərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq.

TurpKimi.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

TurpKimi.com