Noyabrın 14-nə olan hava xəbərdarlığı


Yağış yağacaq, külək əsəcək.

noyabrin-14-ne-olan-hava-xeberdarligi
13.11.2023 23:46 2 dəq oxuma

Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü gündüz cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq-Şirvan) yağıntıların leyan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 14-ü axşam, 15-i gecə və səhər qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Hava ilə bağlı xəbərdarlıq - Noyabrın 14-dən...

Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında xəbərdarlıq yayıb.

Xidmətdən  verilən məlumata görə, noyabrın 14-ü gündüz Bakıda və Abşeron yarımadasında cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Noyabrın 14-dən 15-nə keçən gecə və səhər Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq-Şirvan) yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 14-ü axşam, 15-i gecə və səhər qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bakıda havada dəm qazı normadan artıqdır

Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm və kükürd qazları normadan yüksək olub.

 Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, kükürd qazı 1.1, Sumqayıt şəhərində azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

TurpKimi.com