Noyabrın 17-nə olan hava haqda məlumat


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək.

noyabrin-17-ne-olan-hava-haqda-melumat
16.11.2023 20:40 1 dəq oxuma

Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Gün ərzində əsən güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 9-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-19° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.

TurpKimi.com