Noyabrın 23-nə olan hava haqda


Sabah rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq.

noyabrin-23-ne-olan-hava-haqda
22.11.2023 14:07 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 8-13° isti olacaq.

TurpKimi.com