Nutrisioloq və diyetoloq arasındakı FƏRQ NƏDİR?


Bilməkdə fayda var...

nutrisioloq-ve-diyetoloq-arasindaki-ferq-nedir
23.06.2025 09:51 1 dəq oxuma

“Nutrisioloq qidalanma üzrə elmdir, diyetoloq isə tibbin bir sahəsidir”.

TurpKimi.com xəbər verir ki, bunu həkim Yekaterina Quzman “Krasnodar” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, nutrisioloqlar qidanın sorulması proseslərini, həmçinin orqanizmin qida maddələrinə olan tələbatını öyrənirlər.

“Diyetoloq, xüsusi tibbi göstərişləri olan insanlar üçün fərdi pəhrizlər hazırlayan həkimdir. Nutrisioloq öz növbəsində, qidalanmanı daha geniş kontekstdə - sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınması amili kimi nəzərdən keçirir”, - Quzman izah edib.

Nutrisioloq diyetoloqdan fərqli olaraq, qidalanma ilə bağlı ümumi məsləhətlər verir. Onun xəstələri, bir qayda olaraq, açıq-aşkar xəstəlikləri olmayan insanlardır, sadəcə qidalanma vərdişləri və rifahlarını yaxşılaşdırmaq istəyirlər.

Firuzə Alimova / TURPKİMİ.COM