İçilən içkinin damaralara təsiri güclüdür...
Oftalmoloq Zarina Kuraçinova xəbərdarlıq edib ki, enerji içkiləri içmək uşaqlarda korluqla nəticələnə bilər.
TurpKimi.com xəbər verir ki, “NEWS.ru” ilə söhbətində mütəxəssis bu içkinin tərkibində tor qişasının damarlarına təsir edən kofein, taurin və inositol olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc yaşda orqanizm hələ inkişaf edir, ona görə də enerji içkilərinin təsiri daha qabarıq görünə bilər.
“Enerji içkilərinin göz sağlamlığına təsiri xüsusilə yeniyetmələr və uşaqlar üçün təhlükəlidir. Gənc yaşda orqanizm hələ inkişaf edir və bu cür xarici təsirlər vizual analizatorda daha aydın mənfi nəticələrə səbəb ola bilər”, - deyə həkim izah edib.
Oftalmoloq mütəmadi olaraq enerji içkiləri içdikdən sonra kor olan britaniyalı qadını misal çəkib. Mütəxəssis aydınlaşdırıb ki, bu içki üzündən qadının torlu qişasının damarlarında qan tədarükü pozulub. Həkim enerji içkilərinin böyüklərin sağlamlığına da mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
“Enerji içkilərinin istifadəsi tor qişanın damarlarının sıxlığını artırır. Könüllülər arasında aparılan araşdırma zamanı onlar 250 ml enerji içkisi içdikdən yarım saat sonra 24 saat davam edən damar sıxlığında artım müşahidə ediblər. Bu, qan damarlarını daraldan kofein və qan axını artıran taurin və inositolun təsiri ilə bağlıdır”, - Kuraçinova qeyd edib.
Firuzə Alimova / TURPKİMİ.COM