Oğlan uşağı neçə yaşında sünnət edilməlidir? - İdeal yaş


Uşağın heç bir komplekslə qarşılaşmaması və psixoloji olaraq zədə almaması üçün sünnətin hansı  yaşda edilməsi çox vacibdir.

oglan-usagi-nece-yasinda-sunnet-edilmelidir
21.05.2020 22:09 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, uşağa cavabdeh olan şəxslərin yaratdığı uyğun mühitdən sonra sünnət edilməsi yaşanılacaq sarsıntıların qarşısını alır.

Oğlan uşaqları sünnət edilərkən yaşı və psixologiyası mütləq nəzərə alınmalıdır.

Sünnətin faydaları

Biz dini inanclara görə oğlan uşaqlarını sünnət etdirən cəmiyyətik. Mütəxəssislər sünnətin kişi sağlamlığı üçün böyük əhəmiyyət daşıdığını vurğulayırlar. Türkiyənin  uşaq cərrahı Osman Gereklioğlu sünnətin faydalarından danışaraq qeyd edib:

Sünnət penis xərçənginin inkişaf riskini azaldır və AİDS kimi cinsi yolla keçən xəstəliklərin yayılmasına maneə törədir. Sünnət olan kişilərin xanımları  arasında uşaqlıq yolu xərçəng riski az müşahidə edilir. Sünnət sidik yolunda infeksiya ehtimalını 10 dəfə azaldır.

Kütləvi sünnətdən çəkinin!

Sünnət təmiz və peşəkar xəstəxanalarda əməliyyat şəraitində aparılmalıdır. Yerli və ya ümumi anesteziya və əməliyyat otağı şəraitində həyata keçirilən sünnət sağlamdır.

Toplu şəkildə sünnət elətdirmək uşaqların psixologiyasına  pis təsir edir və onları qorxuya salır.

Sünnət üçün ideal yaş

Uşaq cərrahları ən azı 2 yaşına qədər sünnətin olmasını  dəstəkləyir. Sünnətin ideal yaşı ilk 2 il ərzindədir. Uşaq cərrahları və uroloqlar  2 yaşından əvvəl uşaqları sünnət elətdirməli olduqlarını bildirirlər. Uşaq 2 yaşına qədər sünnət edilmirsə, 6 yaşa qədər gözləmək məsləhət görülür. Beləliklə, kişilərdə kastrasiya fobiyasının (cinsiyyət orqanlarını itirmə qorxusu)  yaradacağı  mənfi təsirin qarşısı alına bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com