Hər il təyin etdiyi bir sözü "İlin Sözü" kimi dünyaya tanıdan Oksford Lüğəti 2019-cu ilin sözünü açıqladı.
TurpKimi.com xəbər verir ki, Oksford Lüğəti 2019-cu il üçün "climate emergency" sözünü "İlin Sözü" seçib.
İqlim böhranı
Oksford Lüğəti bu seçimi il ərzində baş verən əhəmiyyətli hadisələrə diqqət ayırmaq məqsədiylə edir. Oksford komitəsi bu ifadəni iqlim dəyişikliyini azaltmaq və ya dayandırmaq, bununla əlaqədar olaraq geri dönüşü olmayan ekoloji problemləri önləmək üçün təcili hərəkətə keçməyin vacib olduğunu bildirmək üçün seçib.
Vüsalə Əlövsətqızı, TurpKimi.com