Oktyabrın 22-nə olan hava haqda


Azərbaycanda oktyabrın 22-də hava şəraitinin yağıntılı olacağı gözlənilir.

oktyabrin-22-ne-olan-hava-haqda
21.10.2024 14:49 1 dəq oxuma

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti gündüz 3-8° isti olacaq.

TurpKimi.com