Ölən şəxsin əşyaları başqasına verilə bilərmi?
Bəzi yerlərdə ölən insanın ayaqqabılarını qapının ağzına qoymaq ənənə halını alıb. Dini olaraq bunun düzgün olub-olmaması isə müzakirə edilir. Yəni mərhumun ayaqqabısı qapının ağzına qoyulsa nə olar? Ümumiyyətlə, ölən şəxsin əşyaları başqasına verilə bilərmi?
TurpKimi.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu suallara tanınmış ilahiyyatçı Nihat Hatipoğlu cavab verib. O bildirib ki, dünyasını dəyişənlər yalnız əməllərini özləri ilə aparırlar:
“Hər şey bu dünyada qalır. Mərhumun özündən sonra qalan əşyaları yalnız sevdiklərini kədərləndirir. Bu zaman onun əşyaları ilə necə davranmaq lazımdır sualı yaranır. Ölən şəxslərin paltarı evdə olanda ora ölünün ruhu gəlmir. Geyimlərin paylaması üçün xüsusi göstəriş də yoxdur. Lakin, başqalarının faydalana biləcəyi əşyalar varsa, kimlərəsə verilə bilər”.
Nihat Hatipoğlu dəfn evlərində mərhumun ayaqqabılarının qapının qarşısına, ucunun çölə baxaraq qoyulduğunu da vurğulayıb: "Sanki bununla ölümü evdən uzaq tutmağa çalışırlar. Yəni ölü içəriyə girməsin. Onsuz da gəlməyəcək. Ona görə də ölən şəxsin ayaqqabısı, paltarı ilə işiniz olmasın. Əgər geyimləri, ayaqqabısı, corabları yaxşı haldadırsa və kimlərsə geyinib faydalana bilərsə, zəhmət olmasa, onları həmin şəxslərə verin, paylayın. İnsanlar həmin geyimlərdən yararlanaraq dua etsinlər”.
Firuzə Alimova / TurpKimi.com