Ölmüş şəxsdən götürələcək orqanların siyahısı müəyyənləşdi


Azərbaycanda meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı açıqlanıb.

olmus-sexsden-goturelecek-orqanlarin-siyahisi-mueyyenlesdi
04.06.2020 21:32 2 dəq oxuma

Bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində qeyd edilib ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Orqan transplantasiyası keçirən tibb müəssisələri lisenziya alacaq

Azərbaycanda orqan transplantasiyasını həyata keçirən tibb müəssisələrinə lisenziya veriləcək.

Bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində bildirilib ki, canlı donordan, yaxud meyit donordan donor orqanın götürülməsi, hazırlanması (konservasiyası), saxlanması, daşınması, transplantasiyası, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətlə məşğul olmağa lisenziyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrinin transplantasiyasına icazə veriləcək

Azərbaycanda 18 yaşına çatmayanlardan sümük iliyi və kök hüceyrələrin transplantasiyasına icazə veriləcək.

Bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində qeyd edilib ki, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

 

Qəzalarda beyin ölümü keçirənlərin orqanları transplantasiya üçün götürülə bilər

Azərbaycanda qəzalar və təbii fəlakətlər zamanı beyin ölümü keçirən şəxslərin orqanları transplantasiya məqsədilə götürülə bilər.

Qanun layihəsində qeyd edilib ki, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün bu Qanunun 21.2-ci maddəsində göstərilən qohumu olmayan şəxslərdən (valideynlərinin, arvadının/ərinin, bacısının/qardaşının) transplantasiya məqsədilə orqan götürülməsinə icazə verilə bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

 

 

TurpKimi.com