Ölümcül KORONOVİRUSUN mənbəyi bilindi


Artıq virusun yayılması nəticəsində 106 nəfər ölüb.

olumcul-koronovirusun-menbeyi-bilindi
28.01.2020 12:08 1 dəq oxuma

Dünyanı ayağa qaldıran ölümcül koronovirusun yeni növünün mənbəyi təsdiqlənib.

TurpKimi.com bildirir ki, Çində yayılan ölümcül koronavirusun heyvanlardan insanlara keçdiyi dəqiqləşib.

Bir neçə gün əvvəl xəstəliyin yarasa supu vasitəsi ilə keçdiyi iddia olunsa da, təsdiqini tapmayıb.

"Xinhua" informasiya agentliyinin verdiyi məlumata görə, virus Çinin Vuxan şəhərində yerləşən "Huanan Seafood Wholesales Market"dəki (Huanan dəniz məhsulları topdan satış mərkəzi) heyvanlardan insanlara yoluxub.

Hazırda bağlanan satış mərkəzində əvvəllər tülkü, siçan, tovuzquşu, canavar və başqa heyvanlar da satılıb.

Qeyd edək ki, koronavirusun yayılması nəticəsində 106 nəfər ölüb.

Xəstəliyə yoluxanların sayı 2889-dur.