Britaniyalı alimlər insanları “Omikron”un dörd gizli əlaməti barədə xəbərdarlıq edib. Onların bununla bağlı araşdırmaları “The Sun”da dərc olunub.
TurpKimi.com "Omikron"un 4 gizli əlaməti haqda bəzi məlumatları oxucularla bölüşür:
Yorğunluq
Bu simptomların sırasında yorğunluq birinci yerdə gəlir. Araşdırmalara görə, koronavirus xəstələrinin 62 faizində tükənmə əlamətləri hiss olunur.
Alimlər in araşdırmalarına görə, yorğunluq həm COVID-19 infeksiyasının ilkin əlaməti ola bilər, həm də başqa səbəbdən baş verə bilər.
Əzələ ağrıları
“Omikron”un başqa bir simptomu bədənin koronavirusa reaksiyasından yaranan əzələ ağrıları və əzginlikdir”, - deyə mütəxəssislər bildirib.
İştahsızlıq
Bu ştammın daha bir əlaməti kimi iştahsızlıqdır.
“Omikron”a yoluxan insan iştahını itirə və başında sanki duman hissi, qarışıqlıq hiss edə bilər. Qeyd edək ki, bu simptom “Delta”da da müşahidə edilir.
Ürəkbulanma
"Bundan əlavə, ürəkbulanma və ishal da COVID-19 infeksiyasını göstərə bilər. Bu simptomlar çox vaxt koronavirusun digər əsas əlamətləri, məsələn, boğaz ağrısı və ya qoxunu hiss etmə qabiliyyətinin itməsi ilə müşayiət olunur”, - deyə alimlər bildiriblər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com