Başlıca əlaməti...
“Omikron”un simptomları nəzərəçarpan olsa da qorxulu deyil. İnsan özünü bərk yorğun hiss edir. Ancaq öskürək və burun axması görünmür.
Bu barədə Rusiyada biologiya elmləri doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova məlumat verib.
Onun sözlərinə görə, koronavirusun əsas əlamətlərindən olan iybilmənin itməsi də bu ştamma yoluxma zamanı müşahidə edilmir.
Bioloq həmçinin “Omikron”un “Delta”dan fərqlənən ayrıca yeni virus ştammı olduğunu vurğulayıb.
“O, çox güman ki, koronavirus və ya xəstəliyə qarşı peyvənd edildikdən sonra əmələ gələn anticisimlərin təsirindən yayına bilir. Bununla belə insanın müdafiəsi tamamilə yox olmur”, - deyə mütəxəssis izah edir.
“Delta”nın “Omikron”u öz ərazisinə girməsinə icazə verməməsi şansları böyükdür. “Omikron”un bizə çatana qədər özünü söndürmək şansı da var”, - deyə Baranova əlavə edib.
TurpKimi.com