Son günlər insanlar qrip olarkən böyük bir narahatlıq keçirirlər. Buna səbəb tez-tez eşitdikləri "Omikron və qrip eyni xəstəlikdir” ifadəsidir.
Bəs qrip və "Omikron" variantı arasında hansısa fərqlər var? Hansı halları özümüzdə müşahidə etsək, "Omikron"a yoluxduğumuzu anlaya bilərik?
Bronxlarda və ağciyər toxumasında "Omikron" variantının irəliləməsini araşdıran elm adamları bu xəstəliyin yüngül keçdiyini bildiriblər. Qeyd edilir ki, koronavirusun əsas əlamətləri arasında öskürək, yüksək hərarət, dad və qoxu hisslərinin itməsi halları sıx rast gəlinir.
Elm adamları Omikron variantında ən çox görülən simptomların bel ağrısı və boğazda qaşınmanın olması ilə əlaqələndirirlər.
AZXEBER.COM-a danışan infeksionist Namiq Nəbiyev "Omikronla qripi necə fərqləndirə bilərik?” sualına aydınlıq gətirib. Omikron variantında ən çox rast gəlinən əlamətin boğazda qaşınmanın olmasıdır. Xırıltılı danışıq Omikronun əlaməti hesab oluna bilər:
"Yorğunluq, bədən ağrıları, baş ağrısı, asqırma, gecə tərləmələri "Omikron" variantının əsas əlamətlərindən biridir. Həmçinin bu virusa yoluxduğumuzu dadbilmə və qoxubilmə itkisi, yüksək hərarət, burun axması, boğaz ağrısı, baş ağrısı, yorğunluq, quru öskürək, əzələ ağrılarının olması ilə də müşahidə edə bilərik. "Omikron"a yoluxmuş insanlarda 3-5 gün davam edən qızdırma, qoxu və dadbilmə itkisi, öskürək, zəiflik, oynaq ağrıları, boğaz ağrısı, baş ağrısı, ishal, gözlərdə qızartı və ya qıcıqlanma kimi hallara da rast gəlinir. Hətta "Omikron"un bir simptomu da gecə tərləmələrinin olmasıdır. Əgər səsdə hər hansısa xırıltı müşahidə olunursa, bu da "Omikron"a yoluxduğumuzdan xəbər verir”.
Həmçinin o, bildirib ki, əgər insanlar qrip ilə "Omikron" arasında fərqləri müşahidə edə bilmirsə, PCR testindən keçərək onlarda yaranan bu xəstəlin nə olduğunu dəqiq bilsinlər:
"Əgər qrip və Omikron arasında insanlar fərqi görmürsə və onlarda yaranan bu xəstələyin nə olduğunu daha dəqiq öyrənmək istəyirlərsə, PCR testindən keçərək Omikron və ya qrip olduqlarından əmin olsunlar. Əmin olmadan qripin yerinə korona müalicəsinə başlamasınlar. Bu da özlüyündə təhlükəli haldır”.
TurpKimi.com