"Onun virusu öldürücü xassəsi yoxdur, sadəcə əlləri təmizləməyə kömək edir" - Rəşid Mahmudov


“Deyir ağzımdan sarımsaq iyi gələr deyə yemirəm, belə cəhənnəmə gəlsin...”

onun-virusu-oldurucu-xassesi-yoxdur-sadece-elleri-temizlemeye-komek-edir
09.04.2021 18:53 2 dəq oxuma

"Tibbi maskaların zərərləri olsa da, başqa əlac yoxdur”.

Artıq havalar isinməyə doğru gedir və tibbi maskalardan istifadə çətinləşir. Bəs isti və açıq havada maska öz təsirini necə göstərir və ya bu qadağa tədricən aradan qaldırıla bilərmi?.

Tibb elmləri namizədi Rəşid Mahmudov bildirib ki, koronavirus əleyhinə istifadə etdiyimiz normal tibbi maskalar zərərli olsalar belə mütləq istifadə olunmalıdır, çünki başqa çıxış yolu yoxdur:

"Gündəlik istifadə edilən maskalar ən çox da gözə zərər verir. Bilirik ki, göz əsasən oksigenlə qidalanır, maskadan istifadə edən zaman isə burundan çıxan karbon qazları gözə qalxır. Tibbi maskaların zərərləri olsa da, başqa əlac yoxdur. İsti havada maskasız gəzmək olar. Lakin açıq havalarda maskasız gəzəcəyiksə mütləq insanlardan məsafəli olmalıyıq”.

"Koronavirusun dərmanı sarımsaq və limondur”.

R. Mahmudov qeyd edib ki, sarımsaq və limon vasitəsilə koronavirusdan tamamilə qorunmaq mümkündür:

"Mən dəfələrlə qeyd edirəm ki, boğazı saxlayan sarımsaq, burunu isə saxlayan məhz limondur. Sarımsaq elmi cəhətdən də sübüt olunub ki, virusun qarşısını alan ən güclü vasitədir. Deyirlər virus tutum, amma ağzımdan sarımsaq iyi gəlməsin. Belə cəhənnəmə gəlsin, sənin sağlamlığından önəmli deyil ki. Bunlardan mütləq şəkildə istifadə etmək zəruridir. Birdə mütləq yaşıl rəngli limonun suyununu burnumuza damcıladaraq virusun qarşısını ala bilərik. Bununla yanaşı həmçinin hidrogen peroksid məhlulundan istifadə də koronavirus dərdinin əlacıdır”.

"Mənə hələki, altı ay müddətində peyvənd olunmağa icazə yoxdur”.

COVİD-19 – la ağır şəkildə mübarizə aparmış Rəşid müəllim əhalinin vaksinasiya prosesində iştirak etməsinin vacibliyini vurğulayıb:

"Mən özüm koronavirusu çox ağır formada keçirtmişəm, xeyli vaxt ərzində xəstəxanada yatmışam. İyirmi üç gündür ki, çıxmışam. Ağciyərlərimdə 35-45 faiz tamamilə "şüşə” əmələ gəlmişdi. Mən bu gün çox xeyirxah həkimlərin müalicəsi nəticəsində sağ qaldım. Mənə hələki altı ay müddətində peyvənd olunmağa icazə yoxdur. Sonra isə mütləq peyvənd vurduracağam. Hamı mütləq şəkildə vaksinasiya prosesində iştirak etməlidir”.

R. Mahmudov həmçinin gündəlik istifadə etdiyimiz spirtin təsirinə də toxunub:

"Spirtin piksa edici xassəsi var və əlləri yuyanda o gedəcək. Onun virusu öldürücü xassəsi yoxdur, sadəcə əlləri təmizləməyə kömək edir. Bilin ki, spirtdə hər şey yaşayır. Buna görə insanlar daha məsuliyyətlə yanaşaraq diqqətli addım atmalıdırlar. Təəssüf ki, bu xəstəlik çevrilə bilir, kodunu dəyişir və mutasiya olunur.(azxeber.com)