Operativ Qərargahdan toylarla bağlı açıqlama


Toylarla bağlı qərarın necə olacağı açıqlandı.

operativ-qerargahdan-toylarla-bagli-aciqlama
25.05.2021 13:06 1 dəq oxuma

“COVID pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək. İlkin olaraq bu pasportlar yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək”.

bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

“Amma gələcəkdə COVID pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burda söhbət konsert, teatr, toy və digər şənliklərdən gedir. Bu barədə əlavə məlumat veriləcək”, - o vurğulayıb. (Report)