B12 vitamini hansı qidalarda olur?
B12 vitamini ehtiyacını ödəmək üçün ət, süd, yumurta, ciyər, yumurta və balıqdan istifadə etmək lazımdır.
TurpKimi.com xəbər verir ki, B12 vitamini orqanizm üçün çox əhəmiyyətlidir. B12 vitamini çatışmazlığı müalicə edilmədiyi təqdirdə insan səhhətində ciddi problemlər yarana bilər.
B12 vitamini çatışmazlığının səbəbləri?
İstehlak etdiyiniz qidalarda yetərli B12 vitamininin olmaması bu vitaminin çatışmazlığına səbəb ola bilər.
B12 vitamini hansı qidalarda olur?
B12 vitamin ət, süd, yumurta, ciyər və balıqda çoxdur. Hər səhər yeməyində və həftədə bir və ya iki dəfə axşam yeməklərində ciyər, balıq və ya ət istehlak etsəniz B12 vitamini çatışmazlığını aradan qaldıra bilərsiz.
Əgər B12 vitamini ilə zəngin qidalar istehlak etməyinizə baxmayaraq, yenə də B12 çatışmazlığı olarsa, deməli orqanizmdə digər problemlər var.
Mədə narahatlıqları
Qastritdə mədənin divarlarındakı hüceyrələr zədələnir və B12 vitamini toplana bilmir.
Qocalmaq
Yaş artdıqca B12 vitamininin orqanizmdən sorulması ləngiyir. Ona görə də yaşlandıqca B12 vitamininə ehtiyac artır.
B12 vitamini çatışmazlığı ilə kimlər rastlaşır?
B 12 vitamini çatışmazlığı ilə ən çox vegeterian insanlar rastlaşırlar.
Ət, süd, yumurta kimi məhsullardan istifadə edilməməsi B12 vitamini çatışmazlığına səbəb olur.
Diabet xəstələri
50 yaşdan yuxarı və diabet xəstəsi olan, tez-tez dərman istifadə edən şəxslərin mütləq B12 vitamini çatışmazlığı olub-olmadığı araşdırılmalıdır.
Çölyak xəstələri
Qidaların orqanizm tərəfindən sorulmasında problem yaradan Kron, çölyak kimi xəstəliklərə tutulanlarda B12 çatışmazlığı tez-tez görünür.
Spirt istehlak edənlərdə
Cərrahiyyə zəifləmə əməliyyatı keçirənlərdə
Mədə bantı istifadə edən insanlarda
B12 vitamini çatışmazlığında orqanizm müəyyən reaksiyalar verir. Getdikcə isə bu nöqsanlar, şiddətlənir və ciddi narahatlıqlara yol açır.
B12 vitamin çatışmazlığının əlamətləri nələrdir?
B12 vitamini çatışmazlığında orqanizm yetərli oksigenlə təmin edilmir yorğunluq və halsızlıq hissi yaranır. Yüngül baş dönmələri də müşahidə edilir.
Diş əti qanaması
B12 çatışmazlığında xüsusilə diş ətlərində qanaxmalar müşahidə edilir. Diş əti qanaması vaxtaşırı təkrarlanarsa deməli, B12 vitamini çatışmazlığı var.
Qəbizlik
Şiddətli və davamlı olan qəbizlik B12 çatışmazlığına görədir.
Baş ağrısı
Baş ağrısı və diqqət çatışmazlığı B12 vitaminin çatəşmamasından xəbər verir.
Göyərmə
Əllərdə və ayaqlarda əmələ gələn səbəbi məlum olmayan göyərmələr B12 çatışmazlığına işarə edir.
B12 vitamini çatışmazlığına diqqət!
Yaş qruplarına görə gündəlik B12 vitamini miqdarı
7-12 Ay Arası: 0.5 mcg
1-3 Yaş Arası: 0.9 mcg
4-8 Yaş Arası: 1.2 mcg
0-6 Ay Arası: 0.4 mcg
9-13 Yaş Arası: 1.8 mcg
14-18 Yaş Arası: 2.4 mcg
Böyüklər: 2.4 mcg
Hamiləlik və Əmizdirmə Dövrü: 2.6 mcg
Vüsalə Əlövsətqızı, TurpKimi.com