Hətta yuxularınıza da girir?
Yuxularınıza belə girən yeməklər varsa, bunlar orqanizmdəki bəzi çatışmazlıqlara işarə edir.
TurpKimi.com bildirir ki, bəzi tünd şokolad növlərinin bir qutu kofedən daha çox kafeinlə zəngin olduğunu bilirdiniz? Təqribən 30 mq... Kofein mərkəzi sinir sistemini qıcıqlandırdığı üçün oyanıq qalmağa və özümüzü daha enerjili hiss etməyimizə səbəb olur. Ona görə də özünüzü yorğun və ya yuxulu hiss etdikdə enerjili ola bilmək üçün ürəyinizin tünd şokolad istəməsi normaldır. Canınızın tünd şokolad istəməsinin digər bir səbəbi maqnezium əksikliyidir.
İstiotlu yeməklər...
İstiotlu yeməklər metabolizmanı sürətləndirməklə yanaşı, kapsaisin adlandırılan tərkibə də malikdir. Bu tərkib sümük və əzələlərdəki ağrıları yüngülləşdirir, hətta miqrenin keçməsinə kömək olur. Bu tərkibi bilmədən qəbul etdiyimiz kimi, eyni zamandan bizə faydasından da xəbərsizik.
Əzilmiş fısdıq
Əzilmiş fısdığın qida dəyəri zəngindir. Dərmanların hazırlanmasında, xüsusilə də xolesterolun səviyyəsini aşağı salmaqda istifadə olunan tərkibə malikdir. Əgər ürəyiniz fısdıq əzməsi istəyirsə, hansısa qida çatışmazlığınız var. Çünki fısdıq əzməsi protein, antioksidant, yağ, dəmir, maqnezium və kalsiumla zəngindir.
Ət və hamburger
Əgər bir anlıq ürəyiniz hamburger yemək istədisə, buna nəyin səbəb olduğunu düşünün. Çünki beynimiz müasir dövrün ən güvənilən vasitəsi olan kompüterdən belə güclü yaddaşa malikdir və ona həzz, rahatlıq verən şeyləri ehtiyacı olan kimi dərhal bizə bildirir. Demək, qırmızı ət yemək istəyirsiz. Ət proteinlə çox zəngindir. Yəqin ki, protein çatışmazlığınız var. Qırmızı ətdə həm də dəmir, sink və B vitamini var. Araşdırmalara görə, proteinlə zəngin qidalanma rasionuna malik olduqda, kökəlmənin və həddindən artıq atışdırma etməyin qarşısı alınır.
Buz
Ürəyinizin buz istəməsi, adətən qanda dəmir çatışmazlığı ilə izah olunur. Həmçinin qan azlığı da səbəblərdən biridir. Əsil səbəb tam olaraq məlum olmasa da, stress və duyğusal problemlər də buz yeməyə ehtiyacı artıra bilər.
Karbohidrat və tort
Xəmir şirniyyat və tortlar karbohidratla zəngindir. Böyük dilim tort yedikdən sonra özünüzü xoşbəxt hiss edirsinizsə, bu normaldır. Çünki aldığınız bu kalorilər sizə enerji verəcək. Bundan başqa, aparılan araşdırmalara görə, karbohidrat istəyinin vaxtı gün ərzində 16:30 - 17:00 arasındadır. Diyetdəsinizsə, bu saat aralığında diqqətli olun!
Ürəyiniz çörək, keks və ya tort istədikdə, bunun xrom və azot çatışmazlığından qaynaqlandığını bilin. Araşdırmaçılar karbohidrata olan istəyin aşağı əhval-ruhiyyə və streslə əlaqəli olduğunu bildirirlər. Çünki karbohidrat qəbul etdikdə, xoşbəxtlik hormonu olan serotonin yaranır.
Mənbə: Brightside.me
Firuzə Alimova / TurpKimi.com