Selenium adını bəlkə də heç eşitməmisiniz, ancaq həyatımız üçün çox vacib bir mineral olduğunu yadda saxlamaqda fayda var.
TurpKimi.com xəbər verir ki, DNT-imizdən zehin sağlamlığımıza qədər bədənimizin bütün orqanlarının möhtac olduğu seleniumun sağlamlığımız üçün çox əhəmiyyətli bir rolu var.
Seleniumun funksiyası nədir?
İnsan bədəni üçün çox əhəmiyyətli bir mineral olan selenium immunitet sistemini gücləndirər, ürək xəstəliklərindən qoruyur, uşaq dünyaya gətirmə qabiliyyətini artırır, zehni problemləri aradan qaldırır və xərçəngə qarşı qoruyucudur. Erkən yaşlanmağın qarşısını alır, infeksiya və iltihab müalicələrində dəstəkləyicidir. Saç və dırnaq sağlamlığı baxımından olduqca aktiv bir mineraldır. Güclü antioksidant olan bu mineral astmanın əlamətlərini azaldır və tiroid vəzinin funksiyasına yaxşı təsir edir. Selenium E vitamini ilə birlikdə hərəkət edə bilər və ya bu vitaminin yerinə keçə bilər. Selenium əskikliyi immunitet sistemini zəiflədərək xərçəng kimi xroniki xəstəliklərin inkişafına yol açar. Çoxluğu isə bədəndə toksinin çoxalmasına səbəb olar və bədəni zəhərləyər.
Bacarıqları saymaqla bitməyən bu mineralı təbii qidalarla bədənimizdə artırmaq mümkündür. Selenium ümumiyyətlə Braziliya qozu, yumurta, turpkimilər fəsiləsinin bitkiləri, taxıllar, ət və dəniz məhsullarının tərkibində var.
Seleniumla zəngin qidalar:
Günəbaxan tumu, toyuq, yumurta, sardelya, dəniz ilbisi, Braziliya qozu, bud, dana əti, yulaf, pendir, göbələk.
Selenium əskikliyi necə müəyyən edilir?
Selenium əhəmiyyətli bir mineraldır; çünki müxtəlif sistemlərin funksiyasını dəstəklər. Bunlar endokrin, immun və kardiyovaskulyar sistemlərdir. Bəzi araşdırmalara görə, selenium əskikliyi və müəyyən xərçəng növləri arasında müəyyən əlaqə var.
Selenium əskikliyinin ən məşhur simptomları isə bunlardır:
⦁ Kişilərdə və qadınlarda sonsuzluq
⦁ Əzələ gücsüzlüyü
⦁ Yorğunluq
⦁ Şüur bulanıqlığı
⦁ Saç tökülməsi
⦁ İmmunitet sisteminin zəifləməsi
Selenium əskikliyini özümüzün yoxlaması çətin ola bilər. Təşxisi həkim qoymalıdır.
Selenium çoxluğu hansı problemlər yaradır?
Selenium sağlamlıq üçün lazımlı olsa da, çox qəbulu təhlükəli ola bilər. Əslində yüksək dozalarda istehlak etmək toksiki zəhərlənmə və hətta ölümlə nəticələnə bilər. Həkim məsləhəti ilə qəbul edilməlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yenilənib