Orqanizmdə vitamin C-nin çox olması hansı fəsadlar törədir?


C vitamini antioksidant vəzifəsini yerinə yetirir və orqanizm tərəfindən özbaşına istehsal olunmayan vitamin qruplarına daxildir.  

orqanizmde-vitamin-c-nin-cox-olmasi-hansi-fesadlar-toredir
25.01.2023 22:00 2 dəq oxuma

Ümumilikdə hər şeyin çoxu zərərdir.  Vitamin C-nin həddindən çoxu orqanizmdə müxtəlif fəsadlar törədir?

Meyvə və tərəvəzlərin çoxu, xüsusilə çiyələk, albalı, qırmızı bibər, tünd yaşıl yarpaqlı tərəvəzlər və sitrus bitkiləri yüksək C vitamini anbarıdır. C vitamini immun sistemini  gücləndirir və orqanizmi infeksiyalara qarşı qoruyur. Bundan əlavə  dəmirin bədəndən sorulmasına kömək edir.  Dəmir preparatlarından istifadə edərkən C vitaminini də unutmaq lazım deyil. 

TurpKimi.com xəbər verir ki,  C vitamini Skorbüt xəstəliyini önləyir və  ürək və damar xəstəliklərindən qoruyur. Kollagen istehsalında da əhəmiyyətli rol oynayır.

C vitamini sümük, dişlərin, dərinin və oynaqların sağlam inkişafı, yaraların sağalması üçün vacib olan vitamindir. Gözləri günəşə qarşı qoruyaraq kataraktanın meydana gəlməsinə də mane olur. Aparılan araşdırmalara görə, allergiya və iltihabdan əziyyət çəkənlər  C vitamini istehlakını artırmalıdırlar.Bir çox elmi təcrübələr C vitamini səviyyəsinin total xolesterol və HDL ilə əlaqəli olduğunu sübut edir.

Qanda C vitamini səviyyəsi artdıqca total xolesterol və TG azalır, HDL-də çoxalma müşahidə edilir. Siqaret  çəkənlərdə C vitamini səviyyəsi çox aşağı düşür. Siqaret çəkənlər çəkməyənlərə  görə ən az iki dəfə daha çox C vitamini qəbul etməlidirlər. 

Sağlam fərdlərdə qidalara əlavə olaraq vitamin qəbul etməyə ehtiyac yoxdur. Ancaq vitamin çatışmazlığı  olarkən vitamin möhkəmlətmələri həkim tərafindən təyin edilməlidir. Vitamin möhkəmlətmələrini şüursuzca istifadə etmək faydasından çox bədənə ziyan vurur. 

Hər şeyin çoxunun zərərli olduğu kimi C vitamini qəbulu da 2 qramı keçdikdə yan təsirlə nəticələnir,  ishal, qusma, ürəkbulanma, qarın nahiyyəsində sancma, yuxu pozğunluğu və baş ağrısı yaranır. Aparılan araşdırmalara görə,  uzun müddətli və yüksək dozada C vitamini istifadəsi sidiyi turşulaşdırır və böyrəklərdə daş yaradır. Bu təsirlər qida ilə birlikdə  daha çox möhkəmlətmə kimi C vitamini qəbul edəndə meydana gəlir. Qidalarla isə bədənə zərər verə biləcək səviyyədə C vitamini ala bilmək az qala qeyri-mümkündür.

C vitaminin üst limiti 2 qram  təyin olunmuşdur. Ancaq C vitamininin dozasını həkim məsləhətindən sonra  artırmaq olar. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub:12-06-21