Orqanizmdə yığılmış artıq mayeni atmağa kömək edən qidalar


Şişkinlik, başqa sözlə ödəm su mübadiləsinin pozulması nəticəsində bədən boşluqlarında və toxumalarda suyun toplanmasıdır.

orqanizmde-yigilmis-artiq-mayeni-atmaga-komek-eden-qidalar
17.03.2023 18:07 2 dəq oxuma

Xüsusilə qaraciyər, ürək, böyrək xəstələrində rast gəlinir və  şişkinlik bədəndə mayeni tutan duzun orqanizmdən ifraz edilə bilməməsindən yaranır.  

Çoxlarının ortaq problemi olan ödəmin vücuddan ifraz edilməsi üçün bəzi qidalardan daha çox istifadə etmək lazımdır.

TurpKimi.com orqanizmdə yığılan artıq mayenin xaricə atılmasına kömək edən qidaların siyahısını təqdim edir:

Qatıq

Qatıq dedikdə ağla ilk gələn müxtəlif növ detoks reseptləridir. Qatıq toksinləri bədəndən atmağa kömək etməklə yanaşı tərkibində olan probiotik sayəsində immuniteti gücləndirir. Səhərlər içərisinə 1 kiçik çay qaşığı darçın əlavə etdiyiniz qatıqdan nizamlı olaraq istifadə etdikdə  bədəninizdə olan şişkinliklərdən qısa müddətdə xilas ola bilərsiniz.

Cəfəri


Cəfəri böyrəklərin təmizənməsində istifadə olunan bitkilərdən biridir. Səhər naharda bir neçə budaq cəfəri yeyə bilərsiz, su şüşənizə də əlavə edə, ya da saplarını qaynadıb çay şəklində də içə bilərsiniz. Bunlardan hər hansı birini etdikdə şişkinliyin  azaldığını hiss edəcəksiniz.

Ərik


Kalium anbarı olan ərik həzm sistemini tənzimləməyə kömək edir və bu sayədə şişkinliyi azaldır. Gündə 3-4 ədəd  təzə ərik yemək, ya da bir neçə ədəd quru əriyi qaynadıb suyunu içmək ödəm atmağınıza kömək edəcək.

Xiyar

Zəngin su qaynağı olan xiyar orqanizmin mayeyə olan ehtiyacını qarşılayır və   eyni zamanda həzmi asanlaşdıraraq mədəni rahatladır. İçməli suya  dilimlənmiş xiyar əlavə edib bir az gözlədikdən sonra içərək faydasını görə bilərsiniz. Eyni zamanda sidikqovucu xüsusiyyəti də olan xiyarın istər suyunu sıxaraq,  istəsəniz dilimləyərək istehlak edə bilərsiniz.

Albalı (gilas) saplağı

Albalı, gilas mövsümündə saplarını zibilə atmayın. Yığıb qış üçün qurudun.  Albalı saplarını qaynadıb çayını içmək həzmi asanlaşdırır və şişkinliyi azaldır. Hər gün bir stəkan albalı sapı çayını rahatlıqla istehlak edə bilərsiniz. Bununla da vücudunuzda yığılmış artıq mayedən xilas olacaqsız. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

12-06-2022