Orqanizmdən iltihabı təmizləyir - Cökə yarpağı və çiçəyinin faydaları 


Cökə ağacının qurudulmuş çiçəkləri və yarpaqlarının şəfası əsrlərdən bəri  müxtəlif xəstəliklərin müalicəsində dəstəkləyici kimi istifadə edilir.

orqanizmden-iltihabi-temizleyir
17.10.2022 20:38 2 dəq oxuma

Cökə iltihabı və ağrını azaldır, stress və narahatlığı yüngülləşdirir, qan təzyiqini nizamlayır. Hər gün bir stəkan cökə istehlak etməyin faydaları bununla bitmir. 

TurpKimi.com xəbər verir ki, cökə xüsusilə qış aylarında daha çox işimizə yarayır. 

Qış aylarında maddələr mübadiləsinin ən güclü dəstəkləyicisi kimi cökə çayında olan vitaminlər , antioksidantlar və uçucu yağlar sağlamlıq üçün faydalıdır. (cökə-rusca lpa, türkcə ihlamur, ingiliscə linden tree-Red.)

Cökə çayı,  cökə çiçəklərinin qaynadılıb 10-15 dəqiqə dəmlənməsi ilə hazırlanır. 

Bir fincan cökə çayı bizə həm zehni, həm də fiziki rahatlıq gətirir və bədənimiz üçün çox faydalıdır. Yorğunluğu aradan qaldırır, mədə və boğaz problemlərinə yaxşı təsir edir, insana enerji verir. 

Cökə çayının digər faydaları:

Qayğını və stressi aradan götürür: Elmi adı Tilia tomentosa olan cökənin tumurcuqlarından əldə edilən hissələr sakitləşdirici xüsusiyyətləri ilə tanınır.

Bəzi araşdırmalar cökə çiçəyinin insanın sinir sistemini sakitləşdirdiyini, depressiya , stress və yuxusuzluğu müalicə etmək üçün rahatlayıcı rolu oynadığını göstərib. 

Qrip əlamətlərinə yaxşı təsir edir: Cökə çayı qızdırmasalıcıdır, soyuqdəymə, öskürək, bronxit və astma kimi məşhur infeksiyalara qarşı mübarizə aparır. Boğazda və ya sinədə bəlğəmdən xilas olmaq üçün bəlğəmgətirici rol oynayır. 

Mədə problemlərini azaldır: Cökə çayı flavonoidlər, qlikozitlər və antispazmolitik xüsusiyyətlərə sahib, mədə və bağırsaq problemlərini və turşuluğu aradan qaldıran bəzi esansial yağlarla zəngindir. 

Bədəndə ağrıları azaldır: Cökə çayında olan quercetin və ya tilirosid kimi flavonoidlər oynaq və əzələlərin xroniki ağrılarını azaltmağa kömək edir. Cökə çayı oynaq və diz ağrısını yüngülləşdirmək üçün artrit problemi olanlara tövsiyə edilir. 

Qan təzyiqini tarazlayır: Cökə ağacında, yarpaqlarında və çiçəklərində olan  komponentlər qan damarlarını genişləndirir, qan təzyiqini aşağı salır.  

Bədəndəki iltihabla mübarizə aparır: Cökə çayı iltihabla mübarizə aparmağa kömək edən tilirosid və kaempferol kimi güclü antioksidantlar ehtiva edir. Xroniki inflamasiya diyabet və xərçəng də daxil olmaq üzrə bir çox xəstəliklə əlaqəlidir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com