Ətrafımızda o qədər çox toksin və toksiki maddə var ki, vücudumuz onlara qarşı müdafiəsiz qalır.
Yeməklərdə, içkilərdə hətta havada belə pesdisit, civə, hətta uran kimi kimyəvi toksinlər var. Bütün bunlar sağlamlığımıza güclü təsir edir. Ancaq detoks etməklə toksinlərin vücudumuza vurduğu ziyanı azalda bilərik.
TurpKimi.com toksinlərin vücudumuzdan çıxarılma, təmizləmə üsullarından yazacaq. Beləliklə, orqanizmdə yığılıb qalan toksinlərdən sürətli bir şəkildə necə azad olmaq olar?
1. Aktivləşdirilmiş kömür istifadə edin
Aktivləşdirilmiş kömür əsasən yanmış odun və Hind qozu qabıqlarından ibarətdir. Yanmış maddənin oksigeni yoxdur və çox əmicidir. Bədəninizdəki toksinlərin, ağır metalların və zəhərlərin çoxunu sözün tam mənası ilə söküb ata bilər.
Mütəxəssislər yeməkdən və ya spirt istehlakından əvvəl istifadə edilməsini tövsiyə edir. Həkimlə də məsləhətləşməkdə fayda var.
2. Bol su üçün
Su zərərli maddələri təmizləmək üçün təbii qaynaqdır. Nə qədər çox içsəniz, bir o qədər də bədəninizdəki toksinlər sürətlə sidiklə birlikdə atılar.
Bədəninizi təmizləməyə kömək edən möcüzəvi bir içki də var. var: 1 litr suya 2 yemək qaşığı alma sirkəsi əlavə edib çalxalayın. Gün ərzində bu qarışığı için.
3. Rəfinə edilmiş şəkərdən qaçın
Rəfinə edilmiş şəkərlər və süni dadlandırıcılar orqanizmin təbii maddələr mübadiləsini pozur və qanda çoxlu miqdarda qlükozanın yığılmasına səbəb olur. Beləcə, çəkini artıraraq diyabet, ürək xəstəliklərinə tutulma riskini də çoxaldır.
Bu vərdişinizi qəhvəyi şəkər, ağcaqayın siropu və digər sağlam dadlandırıcılara dəyişin.
Şirniyyata olan istək artdıqca bədəninizin əslində şəkərdən nə qədər xilas olmağa ehtiyacı olduğunu anlayacaqsınız.
4. Orqanik, təbii qidalar yeyin
Orqanik tərəvəzlər, meyvələr həşərat dərmanı və ya antibiotik kimi toksinlər ehtiva etməz. Orqanik qida maddələr mübadiləsini yaxşılaşdırır və gərəksiz toksiki elementləri vücuddan uzaqlaşdırmaq üçün həzm sisteminin daha yaxşı işləməsinə kömək edir.
5. Havanı toksinlərdən təmizləyin
Açıq pəncərələrdən evinizə toksinlər və toksik maddələr girə bilər. Bu səbəblə havanı təmizləmək, zərərli və zəhərli şeyləri tənəffüs yolları ilə almadığınızdan əmin olun.
Bunun üçün kiçik diametrdə bir hava təmizləyici ala bilərsiniz. Mebellərin sadəcə tozunu almaq və yerləri yaş bir bezlə təmizləmək də buna kömək edəcək.
6. Səhər qəhvə deyil, yaşıl çay için
Qəhvə, xüsusilə filtr edilmədiyində xolesterol səviyyəsini artıran diterpenoid molekulu olan kafestol ehtiva edir. Pis xolesterolun yaranmasından qaçınmaq üçün də yaşıl çay və ya hər hansı bir bitki çayı için.
7. Müəyyən fasilələrlə oruc tutun
Yeyirik, yeyirik, yeyirik. Bu yediyimiz şeylərin çoxu işlənmiş qidalardan və rəfinə edilmiş şəkərlərdən ibarətdir. Bir və ya iki gün oruc tutmaq, bədəninizi zərərli maddələrdən təmizləyir və iştahınızı azaldaraq sizi daha sağlam bir bəslənmə formasına hazırlayır.
8. Saunaya gedin və idmanla məşğul olun
Tərləmə, bədəni toksinlərdən təmizləməyin təbii yollarından biridir. Nə qədər çox tərləyərsinizsə o qədər tez təmizlənərsiniz. Sauna bunun üçün seçim edilə bilər, ancaq bəzi sağlamlıq problemləri olanlar üçün yüksək istiliyə məruz qalmaq tövsiyə edilmədiyindən getməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Tərləməyin bir başqa yolu da idman etməkdir. Sizə ən uyğun olanını seçərək bunu təkrarlayın. Dərinizi tərdən təmizləmək üçün daha sonra duş almağı unutmayın!
9. Probiotikləri və ya probiotik yeməkləri sevimli qidalarınızın siyahısına daxil edin
Həzm sistemi və nə qədər yaxşı işləyərsə, demək ki, bədən bir o qədər yaxşı təmizlənir. Mədənizin və bağırsaqlarınızın işini asanlaşdırmaq üçün möhkəmlətmə olaraq probiotiklər alın və ya probiotik yeməklər istehlak edin.
Probiotik baxımından ən zəngin qidalardan biri kefir və ya qatıqdır. Gündə ən az bir dəfə istehlak etməyə çalışın. Həzm sisteminiz sizə bunun üçün təşəkkür edəcək!
10. Detoks təsirli kokteyllər hazırlayın
Yemə vərdişlərini dəyişdirmək, detoks etmək orqanizmi təmizləyir. Çiy yeməklərdə olan lif həzmi asanlaşdırır, bədənin təmizlənməsinə kömək edir.
Meyvə, tərəvəzlərlə və ya kefir, qatıq kimi probiotik qidalardan kokteyllər hazırlayın. Sadəcə olaraq yaxşı yetişmiş və yaxşı yuyulmuş olduğundan əmin olun.
11. İon detoksu
İon detoksu bədəni toksinlərdən təmizləməyin başqa bir yoludur. Yaxşı, bu üsul nədir, necə tətbiq olunur?
Ayaqlar su ilə dolu bir cihazın içinə yerləşdirilir.
Ayaqlarda bədəndəki hər bir orqanla əlaqəli olan nöqtələr var və cihaz işə düşəndə bu nöqtələrdən hüceyrə divarları arasındakı yığılan zəhərli maddələr çıxmağa başlayır. Bu şəkildə toksinlər bu nöqtələrdən bədəndən suya atılır. Bu əməliyyat təxminən 30 dəqiqə davam edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yenilənib