Oruc ilə diyetanın FƏRQİ


Hər iki halda orqanizmdə nə baş verir?

oruc-ile-diyetanin-ferqi
07.04.2022 16:20 2 dəq oxuma

"Bu sualım bəlkə də çaşdırıcı ola bilər. Çünki düşünəcəksiniz ki, diyeta ilə oruc onsuz da eyni şeylərdir. Amma bu yazını oxuyanda fərqlərini hiss edəcək və orucun üstünlüklərinin çox olduğunu görəcəksiniz".

TurpKimi.com bildirir ki, bu fikirlər hakim-fitoterapevt Fizuli Hüseynova məxsusdur. O qeyd edir ki, orucla diyeta arasında böyük fərq var və bunu aşağıda belə izah edir:

İnsanoğlu oruc tutanda vücudunu buna hazırlayır, belə deyək, bədən bilir ki, 17 saat ac qalmalıdır. Mədə-bağırsaqlarımız isə yemək vaxtında artıq şirə ifrazını azaldır, bu isə zamanla tam normaya düşür. Dəqiq desək, bədənimiz beynimizə tabe olmağa başlayır və beynimiz bədənimizi tam nəzarətə alır.

Oruc insana nə öyrədir?

Bunun çox üstünlükləri var. Belə ki, insanoğlu səbirli olmağı, dözə bilməyi özünə aşılayır. Amma diyeta saxlayanda belə bir əmr olmur, yemək saatlarında şirə ifrazı əvvəlki kimi olur və bu da mədə-bağırsağa ziyan verir, boş mədəyə axıdılan şirə mədə divarını yandırır.

Bəzi adamlar işin çoxluğundan və ya başqa problemlərdən dolayı günorta yeməyini yeyə bilmir. O zaman onlar düşünməsin ki, oruc zamanı bədənin aldığı faydanı almış olurlar. Bundan başqa, diyeta vaxtı insan az da olsa ağzına nəsə atır, deməli ağıza atılan adi bir şey belə bizim bütün orqanizmimizi düz 12 saat məşğul edir. Amma oruc vaxtı bunu etmək olmaz.

Sonda oruc vaxtı davam edən hər saatın, hər günün öz xeyirləri vardır, bunu zaman-zaman diqqətinizə çatdıracağam.

Firuzə Alimova / TurpKimi.com