Oruc tutarkən xəstə hüceyrələr bir-birini yeyir - Autofagiyanı necə işə salaq?


Müasir tibbə görə,  qida çatışmazlığı yaratmayacaq şəkildə az kalorili qida qəbulu orqanizmə sağlamlıq qazandırır.

oruc-tutarken-xeste-huceyreler-bir-birini-yeyir
29.03.2022 22:29 2 dəq oxuma

Az kalorili qida qəbulunu uzun müddətli aclıqla birləşdirdikdə orqanizm hüceyrələri bir-birini yeyərək, bədəni təmizləyir və sağlamlaşdırır, autofagiyanı hərəkətə keçirir.

TurpKimi.com xəbər verir ki, Orucluq ayında kaloriyə diqqət etməklə həm ibadətinizi etmiş olursuz, həm də sağlamlığınıza qovuşursuz.  

Autofagiya hüceyrənin öz-özünü yeməsidir. Hücreyrələr normal olaraq maddələr mübadiləsi zamanı tullantı istehsal edirlər. Bu materiallar hüceyrənin özünə zərər verir. Bu çirkab materialları autofagiyada təmizlənir. Hüceyrə özünü təmizləyir və yeniləyir. Autofagiya əsnasında çirklənmiş hüceyrə tapılır, təmizlənir və faydalı hissələrindən enerji əldə edilir və yeni hüceyrə yaradılır. 

Bunu ilk dəfə 2016-ci ildə Yapon alimi Yoshinori Ohsumi tapıb və onun kəşfi Nobel Tibb Mükafatı alıb. Xüsusilə xərçəng, diabet və nevroloji xəstəliklərin qarşısının alınmasında çox əhəmiyyətli olduğu düşünülür.

Autofagiyanı hərəkətə keçirən ən mühüm amil aclıqdır.

Bədən süni zülalları və ölü hüceyrələri qida olaraq qəbul edir və onları bir membran içinə alaraq bağırsaqdakı həzm enziminə göndərir. Son olaraq burada bədən üçün lazımlı enerjiyə çevrilməsini təmin edir. Autofagiya prosesinin başlaması üçün 12 və 16 saatlıq oruc kifayət edir.

Vücud acdıqda  hüceyrə öz imkanlarından istifadə edərək özünü qidalandırır.  Birinci mərhələdə tullantı və bakteriyalar özünü təmizləyir və  müqaviməti artırır.

Oşuminin ixtiraları artıq komponentlərin hüceyrələr tərəfindən məhv edilməsi anlamında yeni paradiqmanın formalaşdırılmasına gətirib çıxarıb. Onun tədqiqatları bir çox fizioloji proseslərdə, məsələn, aclığa adaptasiya və infeksiyaya reaksiya kimi hallarda autofagiyanın əhəmiyyətinin dərkinə yol açıb.

Bir sözlə, bu zaman orqanizm kənardan qidalanmadığı üçün öz ehtiyatından faydalanır, eyni zamanda autofagiya sayəsində öz “hüceyrə zibilini” də təmizləyir. Uzun müddət oruc tutan insanlarda 2-ci və ya 3-cü gündən sonra bir yüngüllük əmələ gəlir və insan daha da rahatlaşmağa başlayır. Bir çoxu orucun çətinliyini keçdikdən sonra özlərini fəal, xoşbəxt və firavan hiss edir, zehni işlə məşğul olan insanlar isə daha rahat düşündüklərini etiraf edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

16-05-2019