"ORUC tutmaq immun sistemini gücləndirir" - Elmi fakt budur


Gözlənilən açıqlama verildi.

oruc-tutmaq-immun-sistemini-guclendirir
20.04.2020 12:30 1 dəq oxuma

Türkiyənin Diyanət İşləri naziri Prof.Dr. Ali Erbaş koronavirusun yayıldığı bir vaxtda oruc tutmaqla bağlı vacib açıqlamanı verib.

TurpKimi.com Türkiyə mediasına istinadən xəbər verir ki, insanların çoxdandır gözlədiyi açıqlama artıq verildi.

Belə ki, Ali Erbaş “2020-ci il Ramazan ayı” adlı konfransda kameralar qarşısına keçərək oruc ibadətinin immun sistemini qoruyaraq gücləndirdiyinin elmi fakt olduğunu bildirib.

Son zamanlar dünyada yayılan koronavirusdan dolayı oruc tutmağın immun sistemini zəiflədəcəyinə dair bir sıra xəbərlər çıxıb. Bu da insanlar arasında çaşqınlıq yaradıb.

“Sağlamlığın ən vacib nemət olduğu bu günlərdə oruc ibadətinin immun sistemimizi qoruyub gücləndirdiyi elmi faktdır. Sağlamlığımız üçün təhlükə yaradan başda siqaret olmaqla bir çox zərərli vərdişləri tərk edərək Uca Allahın bizə nəsib etdiyi bu əmanətə sahib çıxaq.

Ramazandan əvvəl bütün din xadimlərini, millətimizi qan vermə aksiyasında iştirak etməyə çağırıram.

Bu il iftar süfrələri qurmaq yerinə, qida paketləri, bayramlıq geyimlər hazırlayaraq ehtiyac sahiblərinə paylayacağıq. Bütün nömrələrdən 5601-ə SMS ilə fitrə bağışlaya bilərsiniz. Bir SMS-lə 27 TL fitrə bağışlamış olacaqsınız.

Hər kəs evində ailəsiylə birlikdə təravih namazlarını qıla bilər. Çünki təravih namazı fərdi olaraq da qılına bilən bir namazdır” – deyə, Ali Erbaş qeyd edib.

Firuzə Alimova / TurpKimi.com