Oruc tutmusunuz və dişiniz ağrayır? - Keyitmək üçün 6 ÇARƏ


Diş ağrısını yüngülləşdirməyin təbii yolları...

oruc-tutmusunuz-ve-disiniz-agrayir
28.05.2019 02:10 2 dəq oxuma

Əvvəlcə dişin niyə ağrıdığını aşkarlamaq və buna uyğun müalicə təyin etmək lazımdır.

Əksər insanlar dişi ağrıdığı zaman ordan-burdan eşitdiyi məsləhətlərə uyub hərəkət edərək dişinə aspirin, spirt qoyur. Bunlar düzgün deyil. Dişin niyə ağrıdığını və müalicəsini yalnız diş həkimi müəyyən edə bilir. Ancaq diş həkiminə gedənə kimi ağrını azaltmaq üçün bəzi üsullardan istifadə etmək olar.

Odur ki, oruc tutduğunuz zaman dişiniz ağrayırsa, diş bölgəsinə soyuq kompres qoymaqla ağrını müvəqqəti azalda bilərsiniz. Həmçinin:

1 – Diş fırçalamaq çürük dişdə yığılıb qalan və ağrıya səbəb olan qidaları uzaqlaşdırmağa kömək edir. Dişlərin diş ipi ilə təmizlənməsi və fırçalamaq ağrının azalmasına səbəb olur.

2 - Sirkəli su və duzlu su ilə qarqara etmək diş ağrılarını müvəqqəti keyidir. Dişi bakteriyalardan təmizləyir və şişkinliyi azaldır. Diş əti və açıq diş çürüklərinə dezinfeksiyaedici təsiri vardır.

3 – Diş həkiminizin məsləhəti ilə ağrı kəsicidən istifadə etsəniz, ağrınız müvəqqəti kəsiləcək.

4 – Dişə qətiyyən aspirin, spirt və kolonya qoyulmamalı, bunların yerinə mixək yağından istifadə edilməlidir. Çünki mixək yağı və ya mixəyin özü uzun illərdir ki, infeksiyaların müalicəsində istifadə olunur. Diş ağrısına müsbət təsir edən mixək yağı anestetik və antiseptik xüsusiyyətə malikdir. Tərkibində eugenol adlanan güclü maddə vardır ki, bakteriyaları öldürür. Həmin maddədən diş pastalarında da var. Mixəyi ağrıyan yerə qoyub gözləsəniz, həmin bölgəni keyidərək ağrı hissini azaldacaq. Bundan başqa, antibakterial özəlliyi ilə çürük dişin ətrafında olan zərərli bakteriyalara da təsir edir.

5 – Buz qoymaq; ağrıyan dişin olduğu yerə soyuq kompres qoymaq müvəqqəti olaraq ağrını azaldır. Həminin, tam tərsinə, ağrıyan diş üzərinə isti kompres qoyduqda da ağrı yüngülləşir.

6 – Diş ağrınız gecə tutubsa, yastığınızı bir qədər yüksək qoya bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com