Sudakı oksigeni 200 dəfə artıracaq vasitə...
"Bu günlər ən uzun günlərdəndir ki, Allahın izni ilə bu orucları tuturuq. Nəzərə alsaq ki, həm uzun bir gün və həm də havaların isti keçməsi, günəş altında çox olanlar və ürək problemləri olanlarda bir sıra fəsadlar törədə bilər. Ona görə də səhər imsakda bəzi tədbirlər görmək lazımdır ki, çox susuzluq hiss olunmasın, qan çox qatılaşmasın, həm də özümüzü yaxşı hiss edək ki, ən azından sabahkı orucumuzu tuta bilək".
TurpKimi.com bildirir ki, bu faydalı məlumatları hakim-fitoterapevt Fizuli Hüseynov şəxsi "Facebook" səhifəsində paylaşıb:
"Deməli, yaxşı olar ki, iftarla imsak arasında yayda ən azından 2 litr, qışda isə 1 litr çiy su içilsin. Bu, çaya, meyvə şirələrinə aid deyil. Çay və meyvə şirələri bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir. Yaxşı olar, 1 ədəd limonu qabıqlı olaraq kiçik-kiçik doğrayıb, 3-4 stəkan çiy suyun içinə atıb, imsak vaxtı içəsiniz. Çalışın imsak vaxtı çay içməyəsiniz, içmək istəsəniz açıq və limonlu çay için.
Susuzluğun qaşısını almaq üçün 1 çay qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suda dəmləyib, bunu həm isti vəziyyətdə, həm də soyuq vəziyyətdə içə bilərsiniz. Məkkəgülü çayını yeməkdən sonra içmək lazımdır. Təzyiqi aşağı olanlar 1 stəkana 1 çay qaşığı bal və ya bəkməz qarışdırıb içə bilərlər. İmsakda içilən çiy suya təbii alma sirkəsi də qarışdırıb içmək çox yaxşıdır. Belə ki, 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi qarışdırıb içə bilərsiniz. Bu həm də arıqlamaq istəyənlər üçün çox faydalıdır. İmsakda çox duzlu və çox ədviyyatlı yeməklərdən çəkinin, çünki onlar da susuzluğa səbəb olan qidalardır".
Suyun faydasından daha çox yararlanmaq üçün fitoterapevt bunları xüsusi qeyd edib:
"Evdə çirkli paltarları su ilə yuyuruq, avtomobili su ilə yuyuruq, amma susayanda su yox çay içirik. Daxilinizi də su ilə yuyun. Suyu bir gün saxsı kuzədə saxlayın, oksigeni 200 dəfə artacaq. Su sağlıq üçün qələviləşəcək və soyuducusuz buz kimi su içəcəksiniz".
Firuzə Alimova / TurpKimi.com