Öskürən uşaqların bir nömrəli təbii çarəsi - QARA TURP və BAL


Qara turpun içinə tökülmüş balı içməyin faydası...

oskuren-usaqlarin-bir-nomreli-tebii-caresi
19.01.2023 01:35 1 dəq oxuma

Mövsüm və pandemiya ilə əlaqədar insanların ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri də öskürəkdir. Hələ öskürən uşaqdırsa, bir nömrəli çarəsi qara turp və baldır. Belə ki, bu qarışımla sizdən əl çəkməyən öskürəkdən qurtula bilərsiniz.

TurpKimi.com bildirir ki, bunun üçün qara turpu yaxşıca yuyub baş hissəsini qapaq kimi kəsin. Altından da dərin olmamaq şərtiylə, deşmədən azacıq kəsin. İçini isə oyun, ancaq çox nazikləşdirməyin. Daha sonra turpu bir stəkanın içinə oturdun. Oyduğunuz yerə isə keyfiyyətli bal tökün. Balın üstünü turqdan kəsdiyiniz qapaqla bağlayın. Ən azı 1 gecə havada saxlayın.

Qaldıqca turpun suyu bala qarşır. Həmin qarışımı bir qaba boşaldıb səhərlər ac qarına içə bilərsiniz. Bir dəfəyə 3-4 qaşıq qarışım çıxır. Eyi turpdan 2 dəfə istifadə etmək olar.

Xəstəliyin və öskürəyin şiddətindən asılı olaraq, qarışımdan 7-15 gün arasında istifadə etmək olar.

Firuzə Alimova / TurpKimi.com

26-02-2022