Dəfnə yarpağı çox möcüzəvi təbii vasitədir...
Yeməklərə xoş ətir verən dəfnə yarpağı çay şəklində də qəbul edildikdə gözəl şəfa qaynağıdır.
TurpKimi.com bildirir ki, 100 qram dəfnə yarpağında (təqribən 50 çay qaşığı) 6185 mq A vitamini, 46,5 mq C vitamini, 0,4 mq riboflavin, 180 mkq folat, 2mq miasin, 834 qram kalsium, 43 mq dəmir, 120 mq maqnezium, 113 mq fosfor, 529 mq kalium, 3,7 mq mis, 0,4 mq mis, 8,2 mq manqan və 2,8 mkq selen var.
Bundan başqa, dəfnə yarpağı güclü bəlğəm gətirici vasitədir.
Həddindən artıq tərləmənin qarşısını alır.
Gözlərin sağlamlığına faydalıdır.
Dəmir, maqnezium, kalsium və manqanla çox zəngindir. Tərkibində yüksək miqdarda A vitamini var
Həzm sistemində problemi olanlara məsləhətlidir.
Mədə ağrılarına qarşı tövsiyyə edilir.
Güclü antioksidantdır.
Hamar və gözəl dəriyə sahib olmanıza kömək edəcək.
Bədənin immun sistemini artıraraq xəstəliklərə qarşı dözümlüyü təmin edir.
Dəfnə yarpağından çay hazırlamaq üçün 2-3 ədəd qurudulmuş dəfnə yarpağı 5 stəkan qaynadılmış suya atılır. 2-3 dəqiqə qaynadılır. 10 dəqiqə dəmdə gözlədilir. Yeməkdən sonra və ya yemək arası gündə 2-3 fincan içmək olar.
Qeyd: dəfnə yarpağı güclü təsirə malik olduğu və qanı durultduğu (qan axını sürətlənir) üçün səhhətində ciddi porblemləri olanların ehtiyatla istifadə etməsi məsləhətlidir.
Firuzə Alimoa / TurpKimi.com