Öskürəyə qarşı təbii vasitə - Kətan toxumu və kəklikotu çayı


Öskürəyi sakitləşdirən vasitə...

oskureye-qarsi-tebii-vasite
02.03.2023 22:37 2 dəq oxuma

Həm boğazınız ağrıyır, həm də öskürürsünüz? İstər quru, istərsə də bəlğəmli öskürək narahatverici olur və fəaliyyətimizə təsir edir.

TurpKimi.com-un təqdim edəcəyi kətan toxumu və kəklikotundan hazırlanan çay resepti ağciyərlərdə yığılıb qalan bəlğəmin azalmasına və xaric edilməsinə kömək edəcək. Bu çay təkcə quru öskürəyin səngiməsinə deyil, həm də bəlğəmin çıxarılmasına müsbət təsir edir.

Qeyd edək ki, kətan toxumu boğaz ağrısını yüngülləşdirir, tənəffüs sistemindən bəlğəmin xaric edilməsinə xüsusi təsir edir. Bir sözlə, həm bəlğəmgətirici, həm də öskürəyi sakitləşdirən vasitədir.

Bundan başqa, kətan toxumu liflə, omeqa-3 yağları və manqanla da zəngindir.

Kəklikotu isə öskürək, bronxit və bütün tənəffüs yolları xəstəliklərini aradan qaldırmaq üçün hər zaman dərman vasitəsi kimi istifadə edilmişdir. Antibakterial, antimikrobiyal, antifunqal və antiinflamatuar təsirlərə malik olduğu bildirilir.

Kəklikotu öskürəkdən qurtulmağa və boğaz ağrısını yüngülləşdirməyə kömək edəcək. Həmçinin mükəmməl bəlğəmgətiricidir. Kəklikotu yağı bakteriya və göbələklərə qarşı da çox təsirlidir. Kəklikotu öskürək üçün hazırlanmış sirop və damcılarda çox rast gəlinən tərkibdir.

ÇAYIN RESEPTİ

Boğaz ağrısı və öskürəyə qarşı kətan toxumundan və kəklikotundan ayrı-ayrılıqda da istifadə edilə bilər. Lakin hər ikisinin qarışımı daha yaxşı təsir göstərməkdədir.

Bunun üçün 3 yemək qaşığı kətan toxumuna yarım litr su töküb 10 dəqiqə qaynadın. Qaynadıqdan sonra üzərinə 1 yemək qaşığı quru kəklikotu əlavə edib altını söndürün. 20 dəqiqə ağzı bağlı vəziyyətdə gözləyin. Dəmləndikdən sonra çayı süzüb gündə bir neçə dəfə içmək olar. Hər dəfə içərkən bir az isidin, bu çox vacibdir.

Firuzə Alimova / TurpKimi.com

08-02-2022