Öskürəyə təbii şəfa bu imiş


Boğaz ağrısı və keçməyən öskürəkdən əziyyət çəkirsinizsə, bu resept sizin üçündür. 

oskureye-tebii-sefa-bu-imis
19.09.2024 16:09 1 dəq oxuma

Cəmi 4 inqrediyentdən hazırlanan bu siropla ev şəraitində tez bir zamanda müalicə ala bilərsiz. Öskürəyiniz yüngülləşəcək və ən əsası hazırlanması çox asandır.  

1 litr qaynar su
2 yemək qaşığı zəncəfil
3 yemək qaşığı bal
8 ədəd mixək
1 ədəd çubuq darçın (istəyə bağlı)

Öskürək siropunu hazırlamaq üçün əvvəlcə 1 litrə qədər suyu qaynatmalısınız. Xlorsuz içməli su olmalıdır.Qaynar suyu bir sürahiyə tökün üzərinə  zəncəfil, mixək və istəyə görə darçın əlavə edin. Suyun istiliyi gedəndən sonra bal tökün.  

Qarışığı bir neçə dəfə qarışdırdıqdan sonra gözləyin. Hər gecə yatmazdan əvvəl və səhərlər bir qaşıq istehlak edə bilərsiniz. 

Bu sirop sayəsində sevdiklərinizə də şəfa olacaqsız. İmmunitetinizi gücləndirərək qış aylarını xəstə olmadan keçirə bilərsiniz.

Mixək möcüzəsi

Mixək boğazda yaranan iltihaba təsir edən güclü bir komponentdir. Zərərli mikrobları yox edən mixək təxminən bir saat ərzində sinəni rahatladır. Hər səhər və axşam bu qarışıqdan nizamlı olaraq istehlak edənlər, qışı daha sağlam keçirmə şansına sahib olar. Mixəyin qanı təmizləmə və immuniteti artırma xüsusiyyətləri sayəsində bədəndəki mikroblar sürətlə yox olar.

Vüsalə Əlövsətqızı, TurpKimi.com